-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

MÜKAFATLAR
İlyas Əfəndiyevə Azərbaycan Xalq Yazıçısı fəxri adı verilməsi zamanı

İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəmanlıq əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O, öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir.

HEYDƏR ƏLİYEV – Azərbaycan Respublikasının Prezidenti





Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Cənablarının İlyas Əfəndiyevin 80 illik yubileyi və
«Şərəf» ordeni ilə təltif olunması münasibətilə təbriki.
Bakı şəhəri, İyun 1994-cü il





İlyas Əfəndiyevin 70 illiyi münasibətilə
Fizuli rayonunun bütün zəhmətkeşləri adından edilən təbrik.





Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvlük bileti.
10 iyun, 1994-cü il





Beynəlxalq Ekoenerji Akademiyasının təklifi ilə İlyas Əfəndiyev Akademik adına layiq görülmüşdür.
07 noyabr, 1994-cü il
Protokol No 8





Görkəmli dramaturqun 80 illiyi münasibətilə
Bakı Dövlət Universitetinin kollektivi adından Professor Murtuz Ələsgərovun təbriki.





A) Yazıçılar Birliyinin üzvlük bileti No 15813
18 fevral, 1981-ci il

B) Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvlük bileti No 05
10 iyun,1994-cü il

V) Azərbaycan Teatr Xadimləri ittifaqının üzvlük bileti No 0002
10 iyun, 1994-cü il

D) Uzun sürən vicdanlı əməyinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin əmriylə İlyas Əfəndiyev «Əmək veteranı» Ordeni ilə təltif olunmuşdur.
19 mart, 1976-cı il




[1] 2 >> Növbəti səhifə

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az