Fond yarandığı gündən humanitar sahənin müxtəlif istiqamətlərini əhatə edən layihələr həyata keçirməkdədir.
Bunlardan:
1. «KÜÇƏLƏRDƏN AİLƏLƏRƏ» - «Kimsəsiz uşaq və yeniyetmələr üzrə mərkəzi (Bakı) və regional (Gəncə, Lənkəran, Şəki, Quba) hüquq-informasiya, təlim-konsaltinq və uşaq-hüquq maarifçiliyi qərargah-mərkəzlərinin yaradılması.
LAYİHƏNİN MƏQSƏDİ:
Layihənin məqsədi küçələrdə tüfeyli həyat sürən, internat, uşaq evləri və digər saxlanma məntəqələrində saxlanılan kimsəsiz uşaq və yeniyetmələr haqqında operativ məlumatı toplayaraq onların sağlam təminatlı ailələrə yerləşdirilməsində vasitəçilik etmək, onlarda kimsəsizlik və inamsızlıq psixoloji sindromunu aradan qaldırmaq, onları ata-ana qayğısı və nəvazişi ilə əhatə etmək, cəmiyyət üçün normal, psixoloji sağlam, ailə mühitində formalaşan vətəndaş-şəxsiyyətin yetişdirilməsi üçün ilkin imkanlar yaratmaq, valideynləri uşaqla davranış qaydaları sahəsində maarifləndirmək, onlarda uşağa məsuliyyət hissini artırmaq, gənclik dövrünə çatmış bu uşaqların gələcək həyat və faydalı əmək fəaliyyətini planlaşdıraraq ilkin yardım göstərməkdir, cəmiyyətin və ictimaiyyətin diqqətinin bir daha kimsəsiz uşaqların probleminə cəlb etməkdir.
2. “MÜASİR BEYNƏLXALQ HUMANİTAR KOMPLEKS”in yaradılması.
LAYİHƏNİN MƏQSƏDİ: Mərkəzdə humanitar sahənin müxtəlif istiqamətləri, o cümlədən mədəniyyət, incəsənət, ədəbiyyat, ekologiya, valideyn himayəsindən məhrum və kimsəsiz uşaqların problemləri, milli azlıqlar və qaçqınların problemləri, narkomaniya və Qiçs-lə mübarizə və digər istiqamətləri ətrafında ildə 4 (dörd) dəfə ənənəvi olaraq bütün ölkələrin nümayəndələrinin iştirakı ilə fikir və təcrübə mübadiləsini həyata keçirməkdir.
3.“KİMSƏSİZ UŞAQ VƏ YENİYETMƏLƏR
ÜÇÜN HÜQUQ-İNFORMASİYA, UŞAQ-HÜQUQ MAARİFÇİLİYİ SAHƏSİNDƏ FƏRDİ VƏ BİRGƏ
TƏDQİQATLARIN APARILMASI”
LAYİHƏNİN
MƏQSƏDİ: Layihənin məqsədi küçələrdə tüfeyli həyat sürən, internat, uşaq evləri
və digər saxlanma məntəqələrində saxlanılan kimsəsiz uşaq və yeniyetmələr
haqqında operativ məlumatı toplayaraq onları təhlil etmək, internat məktəblərindəki
vəziyyətlə yaxından tanış olmaq, cəmiyyət üçün normal, psixoloji sağlam, vətəndaş-şəxsiyyətin
yetişdirilməsi üçün ilkin imkanlar yaratmaq, cəmiyyətin və ictimaiyyətin diqqətini
bir daha kimsəsiz uşaqların problemlərinə cəlb etməkdir.
4. “NARKOTİKLƏRƏ
STOP”- gənc və yeniyetmələrin narkomaniya, narkobiznes və onların törətdiyi fəsadlar barədə
təlim-tərbiyəsi və maarifləndirilməsi layihəsi.
LAYİHƏNİN
MƏQSƏDİ: Layihənin məqsədi maarifləndirmə və məlumat mübadiləsi
vasitəsilə uşaq və yeniyetmələr, məktəbli və tələbələrə narkomaniya,
narkobiznes və onların törətdiyi fəsadlar barədə ətraflı məlumat vermək, onları
bu sahədə maarifləndirmək, onlarla daima ünsiyyətdə olan valideynlər, tərbiyəçilər
və pedaqoq-müəllimlərin bu məlumatlarla çap və metodik vəsaitlərlə təmin etmək
və qanunla qadağan edilməyən problemlə bağlı müxtəlif təbliğat fəaliyyətini həyata
keçirməkdir.