İSTEDAD VƏ İLHAMLA KOMMUNİZM İŞİNƏ XİDMƏT ETMƏLİ
Azərbaycan mədəniyyət xadimlərinə mükafatların təqdim
olunması
Bu günlərdə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd,
Azərbaycan KP MK-nın birinci katibi
Heydər ƏLİYEV yoldaşın çıxışı
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Əfəndiyev
Azərbaycan xalq yazıçısı fəxri adına layiq görülmüşdür. İlyas Əfəndiyev təxminən
əlli ildir ki, Azərbaycan Sovet ədəbiyyatında fəaliyyət göstərir, bütün
istedadlı yaradıcılığı ilə ona bağlıdır. Bir çox romanların və pyeslərin
müəllifi olan İlyas Əfəndiyev respublikada yazıçı və dramaturq kimi xalq
tərəfindən tanınmış, bəyənilmiş və sevilmişdir. Onun əsərləri Ümumittifaq
oxucularına da yaxşı tanışdır.
İlyas Əfəndiyevin yaradıcılığı
çoxcəhətlidir. Onun romanları, povestləri, hekayələri, pyesləri müasir
həyatımızı gözəl tərənnüm edir, xalqın inqilabi mübarizəsini, Sovet hakimiyyəti
illəri ərzində Azərbaycanda böyük dəyişiklikləri dərin və ətraflı surətdə əks
etdirir.
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm
gözəl məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük
estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətint işi, həm
neftçilərin qəhrəmanlıq əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan
ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən
əks etdirilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü
və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız
üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır.
O, öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir.
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti
Həyat hadisələri dramaturq üçün mövzudur. Əsər isə aktyor,
rejissor yaradıcılığı üçün əsas materialdır. Aktyor obrazın üzünü köçürmür,
şəklini çəkmir, əksinə, həyata baxışını, müasirliyə münasibətini ifa etdiyi
rollar vasitəsilə bildirməyə, müəllifin ən pünhan fikirlərini tamaşaçıya
çatdırmağa çalışır. Əgər belə demək mümkündürsə, aktyor da həkim kimi
tamaşaçıları müalicə edir. Lakin onun həkimliyi, xəstəlikdən, ölümdən qurtarmaq
üçün optik dərmanlar vermir. Yaratdığı obrazlar vasitəsilə salona toplaşanları
fikrən, ruhən və mənən daha da sağlamlaşdırır, yaxşı və pis adamları əyani
surətdə tamaşaçıya tanıtdırır. Deyə bilərik ki, səhnə həyatı xarakterlərin
təsvir meydanıdır. Aktyorlar isə adamların özünü özünə göstərən qüvvədir.
Əlbəttə, bu günün tamaşaçısı səhnə sənətinin və aktyor xidmətinin mahiyyətini,
onun cəmiyyətdəki mövqeyini çox yaxşı başa düşür. Bu mənada aktyorlara və səhnə
sənətinə haqq qazandıran istedadlı dramaturqlarımızdan biri də İlyas
Əfəndiyevdir.
Mən İlyasın dörd pyesində əsas rolla rifa etmişəm: «İşıqlı
yollar»da Yelmar, «Bahar suları»nda Uğur, «Mənim günahım»da Tahir, «Mahnı
dağlarda qaldı»da Böyükbəy.
Bu rollarda məni maraqlandıran əsasən
obrazların xarakterlərinin mürəkkəbliyi, bütövlüyüdür. İlyas Əfəndiyevin
neftçilərin həyatından yazdığı (1947) və müsabiqədə mükafat alan «İşıqlı yollar»
pyesində gənc mühəndis Yelmar əvvəl işgüzar, zirək, müasir ruhlu bir gənc təsiri
bağışlayır. Həqiqətən də belə idi. Lakin sonra məlum olur ki, həmin bu fəal,
istedadlı mühəndis şöhrətpərəstdir. Özünə həddindən artıq güvənir, hər işdə
əsaslı surətdə çalışıb qabaqcıl olmaq əvəzinə tələsir. Hər işdə yalnız öz
«mənini» görmək istəyir. Lovğalıq, təkəbbürlük, özündən bədgüman kimi bir
vəziyyətə düşür.
İnsan psixologiyasında gedən bu mürəkkəb proses bir
aktyor kimi mənim üçün çox maraqlı idi. Belə psixoloji mürəkkəbliyə Uğur, Tahir
və Böyükbəy surətlərində də rast gəlirik. Müəllifin bu xüsusiyyəti isə aktyordan
daha çox daxili fəaliyyət, daha çox psixoloji yaradıcılıq, ağıl və həssaslıq
istəyir. Mən Tahir surətinin həm müsbət, həm də mənfi cəhətlərini göstərməyə
çalışarkən, heç zaman yadımdan çıxarmırdım ki, Tahir əslində cəmiyyət üçün
xeyirli adamdır. Əgər bu nöqsanlar olmasaydı, o, daha artıq xeyir verərdi, daha
ləyaqətli adam olardı. Böyükbəy rolunda isə sübut etmək istədim ki, zəhmətkeş
insan inqilab edib yeni həyat qurarkən heç də zəif, cılız düşmənə qarşı
vuruşmamış; Böyükbəy kimi zalım, güclü bir düşmənlə ölüm-dirim mübarizəsinə
girişmişdi. İlyas isə düşməni düşmən kimi vermişdir. Onu saxtalaşdırmamış olduğu
kimi göstərmişdir…
Altmış yaş İlyas Əfəndiyev üçün nədir ki? İlyas hələ
çox yazacaq-yaradacaq. Mən onu yaxşı tanıyıram. O, daim düşünür, çalışır və
doğma teatrının repertuar işində böyük fəaliyyət göstərir. Mən ona can sağlığı,
uzun ömür və yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.
İsmayıl DAĞISTANLI
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti
COŞQUN İLHAMLA
Mən İlyas Əfəndiyevin son illər Əzizbəyov adına teatrda
tamaşaya qoyulan, demək olar ki, bütün əsərlərində baş rolları ifa etmişəm.
Səhnəyə ilk gəlişim də İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» əsəri ilə olub:
1964-cü il noyabrın 13-də. Düz on il əvvəl.
İ. Əfəndiyevin yaratdığı
surətlərdə bir kövrəklik, yanğı və yanıqlıq var. «Unuda bilmirəm»də Nərmini
xatırlayın. Görün bu qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun
üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox səhnəyə çıxmışam. Hər
dəfə də Nərmindən ayrılıb Amalya olanda təəssüflənmişəm. Həyatdan götürülmüş
belə obrazları qələmə alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün
hərarətini onlara bəxş etmişdir.
İnqilabi mövzuda yazılmış «Mahnı
dağlarda qaldı» tamaşasında isə mən Şahnazı oynayıram. Bu tamaşaya dövlət
mükafatı verilməsi, şübhəsiz, həm də müəllifin qələminə verilən qiymətdir.
Şahnaz surəti barədə «Oqonyok» jurnalı belə yazmışdır: «Şahnaz son illər
səhnəmizdə yazılan və tamaşaya qoyulan inqilabi mövzulu əsərlər içərisində ən
qüdrətli qadın surətidir. Biz A. Pənahovanı təbrik edir və ona yeni-yeni
nailiyyətlər arzulayırıq». Bu sözlər mənim ünvanıma deyilsə də burada İlyas
müəllimin toxunulmaz payı var. Dediyim odur ki, İlyas Əfəndiyev təkcə müasir
gənclərimizi qələmə almır: o, inqilab illərinin gənclərini də məharətlə və
məhəbbətlə qələmə alır.
Teatrımızın kollektivi İlyas Əfəndiyevin təzə
əsərlərini səbirsizliklə gözləyir. Təəssüf ki, bu günə kimi onun ekranlaşdırılan
əsərlərində oynamaq mənə nəsib olmayıb. Ancaq necə deyərlər, «sağlıq olsun».
İlyas müəllim indii yaradıcılığının daha da çiçəklənən bir dövrünü yaşayır. Hələ
bundan belə nə qədər yeni əsər, yeni surət yaradacaq!.. Ona həmişə coşqun
ilhamlı ömür arzulayıram.
Amalya PƏNAHOVA
Sevinc gətirir
Redaksiyanın sifarişindən sonra, nədənsə, dostum ilyasın
«Ədəbiyyat və incəsənət» qəzetində dərc olunmuş bir məqaləsini xatırladım. «Göy
qurşağı tək…» adlı həmin məqalədə SSRİ Dövlət mükafatı laureatı rəsam Tahir
Salahov haqqında söhbət gedirdi. Müəllif rəssamın yaradıcılığını belə
ümumiləşdirir. «Göy qurşağı səmada necə əlvan, necə rəngarəngdirsə, Tahirin də
sənət yolunda qoyduğu izlər o qədər əlvandır. Bənzətmə bir qədər şərti olsa da
(əlbəttə, göy qurşağının ömrü nəzərə alınmazsa), ümumiyyətlə, onu rəsam
yaradıcılığına «qohum» sayırıq: göy guruldayır, şimşək çaxır, tufan qopur,
buludlar dolub-boşalır… səma təmizlənir… nəhayət göy qurşağı səmada görünür.
Sanki o bütün təlatümün sovuşduğunu, səmanın aydanlaşdığını xəbər
verir…»
Bu obrazlı yikri mən böyük məmnuniyyətlə İlyas Əfəndiyevin öz
yaradıcılığına da şamil edirdim. Buraya ayrı nə əlavə etmək olar? Bir tamaşaçı
kimi, İlyasın müasiri kimi teatrımızın keçdiyi şərəfli yola az-çox bələdəm.
Cəsarətlə deyə bilərəm ki, böyük dramaturqumuz Cəfər Cabbarlıdan sonra teatrımız
üçün yananlardan biri də İlyas Əfəndiyev olmuşdur. Onun bütün əsərlərində
yuxarıda adını çəkdiyimiz al-əlvan rənglərə, naxışlara rast gəlirik. Elə bu
keyfiyyətlərinə görə mən də başqaları kimi İlyasın qələmindən çıxanları
həyəcanla izləyir, sevə-sevə oxuyuram.
Yaradıcılıq əldaqələrimiz təkcə
onun «Bahar suları»na yazdığım musiqi ilə məhdud deyil. Biz daim ünsiyyətdə
olmuşuq. Hər görüşümüzdə sənət, ümumən, zəruri məsələlər ətrafında
fikirlərimizi, arzularımızı bölüşürük. O, zəngin təfəkkürə, geniş müşahidə
qabiliyyətinə malik sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar təkcə
xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları ilə də yadda qalırlar.
«Mahnı dağlarda qaldı», «Ununda bilmirəm» pyeslərinin tamaşasında səslənən
mahnılar məhz İlyasın öz ürəyindən gələn, hisslərindən doğan musiqi
parçalarıdır. Biz görkəmli yazıçımızı həmişə olduğu kimi, yenə də yaradıcılıq
ehtirası ilə çırpınan, bir əsərini qurtarar-qurtarmaz o birisinin taleyi ilə
yaşayan görmək istəyirik. Künki onun hər cür yeni əsəri bizə sevinc gətirir…
Səid RÜSTƏMOV
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti
Aktyora ilham verən rollar
Azərbaycan Akademik Dövlət Dram Teatrının son otuz ildəki
inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil.
O, teatra
hələ gənc vaxtlarında – müəllim işləyən günlərdən bağlıdır. Mən dəfələrlə
görmüşəm ki, İlyas istər böyük, istərsə də kiçik teatr dəstələrinin tamaşalarına
baxar, aktyorları və gənc həvəskar dəstələrini diqqətlə izləyirdi. Elə o gündən
İlyas teatra qoşulur və bu müddət ərzində Akedemik teatrda işləyir, hər dəfə
yeni-yeni, müxtəlif mövzularda əsərlər verir. Onun indiyə qədər on pyesi
tamaşaya qoyulmuşdur. Mübaliğəsiz demək olar ki, hamısı da müvəffəqiyyət
qazanmışdır.
Onun pyeslərində həmişə təzə, təravətli görünən bir
müasirlik var. Bu müasirlik isə həyatımızın daxili məzmunundan, onu irəli aparan
qəhrəmanların fəaliyyətindən və bu fəaliyyətin konfliktlərindən, poeziyasından
doğur. Ona görə də tamaşaçını dərhal alır. Tamaşaçı dramaturqun hər yeni pyesini
böyk intizarla gözləyir. İlyas Əfəndiyevin dramaturgiyasında realizm və
romantika, sərt həyat həqiqətləri ilə şeiriyyət həmişə vəhdət təşkil
edir.
İlyas heç zaman asan yolla getmir, heç zaman qəhrəmanlarını
qabaqcadan mənfi, müsbətə bölmür. Onun əsərlərində insanın yaxşı, pis cəhətləri
hadisələrin təbii inkişafından, qəhrəmanların zəruri toqquşmalarından,
mübarizələrindən meydana çıxır. Yazıçının dili, ifadə tərzi isə çox səlis və
lakonikdir. Adam inanır ki, təsvir olunan xarakterlərin, tiplərin nitqi,
danışığı, ifadə tərzi məhz elə belə olar. Bu isə heç şübhəsiz ki, dramaturqdan
yüksək istedad və yüksək mədəniyyət istəyir…
Akademik teatrımızın saxta
pafosla, zahiri hay-küyçülüklə mübarizəsində İlyas Əfəndiyev pyeslərinin və
xeyirxah məsləhətlərinin mühüm rolu olmuşdur. Onun yaradıcılığı ilə bizim teatra
yeni tipli psixoloji pyeslər gəlmiş; psixoloji teatrın əsasları möhkəmlənmişdir.
«Sən həmişə mənimləsən», «Mənim günahım», «Məhv olmuş gündəliklər», «Unuda
bilmirəm» pyesləri buna gözəl misaldır. Bu əsərlərdə insanın daxili Aləmi, bu
aləmdəki mənəvi mübarizə, konfliktlər dərindən, həssaslıqla verilir, psixoloji
baxımdan xarakterlə bağlanır. Məhz buna görə də İlyas Əfəndiyevin pyeslərində
oynamaq və obrazların üzərində möhkəm yaradıcılıq işi aparmaq biz aktyorlar üçün
xoşdur.
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti
Mənəvi təmizlik naminə
Bir dəfə İlyas Əfəndiyevlə söhbət zamanı soruşdum: Siz
əsərləriniz barədə mübahisələrə necə baxırsız? O, isə gözlənilmədən və mənim
sualımla bağlı olmayan bir söz soruşdu: «Siz Semuel Bekketin «Qodonu
gözləyərkən» pyesini oxumusunuzmu?». Bu pyes modernist fransız dramaturqunun
əsəri idi və lap bu yaxınlarda «İnostrannaya literatura» jurnalında dərc
olunmuşdu. Oxumuşam – dedim – «Hə, nə fikirdəsiniz?» – Əlləri hər şeydən
üzülmüş, ümidsizləşmiş adamlar ancaq fantastik qəhrəmanı – Qodonu – xilaskarı
gözləyir. Devizləri də: «Nə etmək olar, nə etmək olar?..». Cavab İlyas
Əfəndiyevi razı salmadı. O, dedi: «necə olsa da adama təsiri var… Özü də necə!
Nəzərə almaq lazımdır… Bekket, istedadlı dramaturqdur; özü də adamların –
qəhrəmanlarının iradəsinin itirməsinə dəhşətli dərəcədə inanır».
Nəzərə
almaq lazımdır… Düzdür… Bir anlığa Semuel Bekketi yenicə oxuyub kənara qoymuş,
yazı masası arxasına keçmiş, qəhrəmanlarının yanına qayıtmış yazıçını
təsəvvürümə gətirdim. Sözlərini xatırladım: «… Passivliyə qarşı həddindən artıq
ürəyiyumşaq deyilikmi? Hər şeyə… elə lap öz taleyimizə… həmvətənlərimizin
taleyinə… Həyatda və kitablarımızda… Qoy lap kiçik, ən xırda, gözlə görünməyən
passivlik olsun…Yox, ən əvvəl insanda, ağılın sürətini, cəsarəti, iradəni görmək
və inkişaf etdirmək lazımdır. Həyat naminə, onun inkişafı
naminə».
Bilmirdim o vaxt yazıçı hansı əsər üzərində işləyirdi. Bu,
«Söyüdlü arx» povesti… ya «Körpüsalanlar» və yaxud «Dağlar arxasında üç dost»
romanı ola bilərdi… Bu, «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Mənim
günahım» pyesləri də ola bilərdi. Amma bu vaxt müəllif hansı əsər üzərində
işlədiyinin bir elə fərqi yoxdur. Fakt olaraq ancaq bu məlum idi ki, bütün
əsərlərin müəllifini, yazıçını – insanı «Qodonu gözləyərkən» pyesi narahat
etmişdi: «…Görəsən biz həddən ziyadə ürəyiyumşaq deyilikmi?». Yox, İlyas
Əfəndiyev ürəyiyumşaq deyil, əksinə, adamlardıkı ruh düşkünlüyünə, «bir yerdə
ayaq döymə» xəstəliyinə, passiv gözləmə prinsipinə qarşı sərtdir, barışmazdır və
öz qəhrəmanlarında da insanın xoşbəxt yaşamasına mane olan hər gür fəaliyyətə
qarşı fəal mübarizə əzmini qiymətləndirir.
Bəlkə elə buna görədir ki,
İlyas Əfəndiyevin qəhrəmanlarının hərəkəti, fəaliyyəti, bir sıra hallarda
mübahisə doğurur? Məhz onların qeyri-adi təsir bağışlayan cəsarəti, bəzi
tənqidçilərə artıq, hətta şübhəli görünür. Daha çox hissiyata varmaq kimi
qiymətləndirilir.
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti
SƏN HƏMİŞƏ BİZİMLƏSƏN
Gendən baxanda həqiqətən İlyas Əfəndiyevə altmış yaş vermək
olmaz. Elə əsərləri də özünə bənzəyir – «qocalıb eləmir». Çünki yazıçını həmişə
gənclik və onun işi, əməli, arzusu, həyata baxışı, taleyi, psixologiyası
düşündürmüşdür.
Demək olar ki, o, bizim ən məhsuldar müəllifimizdir.
Şəxsən mənim onun hekayə və povestlərinə, xüsusən dramaturgiyasına böyük
rəğbətim var. Lakin gizlətmirəm ki, ən çox sevdiyim əsər «Sən həmişə
mənimləsən»dir. Ona görə yox ki, baş rolu mən özüm ifa etmişəm. Ona görə bu
pyesdən başladım ki, əsər bizim repertuara ömürlük daxil olub. Bir də ona görə
bu əsərin adını çəkdim ki, axı, mən Həsənzadəyəm – əsərin baş qəhrəmanıyam və
həqiqəti deməsəm olmaz.
Tənqidçilərə görə bəlkə də bu əsərdə nə isə
yerinə düşməyib. Hənsı şəkildə hansı epizodsa dəqiq deyil, ya da obrazların
bəzisinin dilində nə isə artıq söz var. Ola bilər mübahisə etmirəm. Amma
bütövlükdə götürsək, «Sən həmişə mənimləsən» Nargilə adlı 16-17 yaşında bir
qızın saflıq heykəlidir. Mənəvi təmizliyin simvoludur. Ümumiyyətlə, bir oxucu
kimi mənə elə gəlir ki, İlyasda lirik əhval-ruhiyyə dəmir ağacının həyat eşqi
kimi güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və yaxud
vəziyyət yaratmaq xatirinə meyl etmir. Onun lirikası qəhrəmanlarının psixoloji
vəziyyəti ilə və bilavasitə yaranmış zəruri situasiya ilə bağlı
olur…
Bilmirəm, İlyasla həmsöhtəb olmusunuzmu? Görmüsünüzmü sadə nikbin
insan olduğunu? Xasiyyəti qəhrəmanın xarakiteri ilə tutan yazıçı, əsərlərinə
bənzəyən yazıçı inanın ki, çox azdır.
İlyasın bütün pyesləri psixoloji
dramlardır. Bu ondan irəli gəlir ki, o, müasirlərini çox yaxşı tanıyır.
Qəhrəmanlarının zahiri hərəkətlərindn daha çox, onların mənəvi aləmini, daxili
dəyişmə prosesini izləyir.
İlyas Əfəndiyevin zahirən oxşar görünə bilən
qəhrəmanları əslində bir-birinin ardıcılıdır. Bu adamların hərəsi bir cür
mübarizədir, deyərdim ki, mücahiddir. Hamısı da obıvatel psixologiyasına, mənəvi
süstlüyü qarşı barışmaz mübarizə aparan nikbin adamlardır.
Altmış yaş
nədir ki, onu qocalıq sayasan. Nazim Hikmət demişkən: «Ən gözəl günlərimiz
yaşadığımız günlərdir, ən gözəl söz söyləmiş olduğum sözdür…».
Əli ZEYNALOV
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti
QARDAŞ XALQLARIN SƏHNƏLƏRİNDƏ
Bu gün İlyas Əfəndiyev dramaturgiyasının sədası Daşkənddən,
Səmərqənddən, Alma-Atadan, Mahaçqaladan, Aşqabaddan, Yerevandan gəlir. Onun
pyeslərinin sorağı indi ölkəmizin hüdudlarından uzaqlarda eşidilir. 1967-ci ildə
Bolqarıstan Xalq Respublikasından – Razqrad Dövlət Dram Teatrından İlyas
Əfəndiyevin ünvanına göndərilmiş teleqramda deyilir: «Sizin «Sən həmişə
mənimləsən» pyesinizin ilk tamaşası olmuşdur. Noyabrın 17-də göstərilən tamaşa
müvəffəqiyyətlə keçmişdir. Sizi təbrik edir və belə gözəl əsər yazdığınıx üçün
minnətdarlığımızı bildiririk».
İlyas Əfəndiyevin səhnə əsərləri Moskva
tamaşaçıları tərəfindən də böyük maraqla qarşılanmışdır. M. Əzizbəyov adına
Azərbaycan Dövlət Akademik Dram Teatrının və S. Vurğun adına Azərbaycan Rus Dram
Teatrının Moskva qastrollarında dramaturqun əsərləri nümayiş etdirilmiş və
müvəffəqiyyət qazanmışdır.
Erməni teatr xadimləri də İlyas Əfəndiyev
dramaturgiyasına böyük maraq göstərirlər. Azərbaycanda və Gürcüstanda fəaliyyət
göstərən erməni teatrları 20 ildən çoxdur ki, onun əsərlərinə öz
repertuarlarında geniş yer verirlər.
1966-cı ildə Stepan Şaumyan adına
Tbilisi Erməni Dövlət Dram Teatrında «Sən həmişə mənimləsən» pyesi tamaşaya
qoyuldu.
Əli VƏKİL
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT"
qəzeti