| |
|
İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.
|
|
| |
|
©
Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.
|
|
| İlyas Əfəndiyev Beynəlxalq Mükafatı |
“İLYAS
ƏFƏNDİYEV MÜKAFATI” ÖZ LAYİQLİ SAHİBLƏRİNİ TAPDI
İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun mükafat
komissiyası AMEA-nın akademiki Bəkir Nəbiyevin sədrliyi ilə özünün növbəti
iclasını keçirmiş və üç nominasiya üzrə «İlyas Əfəndiyev Mükafatı» nın
sahiblərini müəyyən etmişdir. KOMİSSİYANIN
ÜZVLƏRİ:Anar - Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Vaqif
Səmədoğlu - Millət vəkili, xalq şairi Fəttah Heydərov - Millət vəkili
Ədalət Vəliyev -
Mədəniyyət və Turizm Nazirinin müavini Fərhad Bədəlbəyli - Bakı Musiqi
Akademiyasının rektoru, Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı,
professor Kamal Abdulla -Bakı Slavyan Universitetinin rektoru, professor,
əməkdar elm xadimi Fərhad Xəlilov - Rəssamlar İttifaqının sədri, xalq
rəssamı Azər Paşa Nemətov -Teatr Xadimləri İttifaqının sədri, xalq artisti,
professor Elçin Şıxlı -Jurnalistlər Birliyinin sədri, Azərbaycanın əməkdar
jurnalisti «Maarifin və mədəniyyətin tərəqqisində göstərdiyi böyük xidmətlərə
görə» nominasiyası üzrə: Azərbaycan Respublikası Milli Məclisinin Deputatı,
YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti
Mehriban xanım Əliyeva layiq görülmüşdür. «Azərbaycan həqiqətlərini düzgün qiymətləndirən və təbliğ
edən xarici vətəndaşın göstərdiyi xidmətlərə görə» nominasiyası üzrə: Litva
Respublikasının Prezidenti cənab Valdas Adamkus layiq
görülmüşdür. «Azərbaycan mədəniyyətinin və incəsənətinin xaricdə təbliğinə görə» nominasiyası üzrə: Macarıstan Respublikası «Duna TV»
Telekanalının Prezidenti cənab Laslo Çeleni layiq görülmüşdür. Azərbaycan
xalqının öz müstəqilliyini bərpa etməsi ilə cəmiyyətimizin mədəni-mənəvi
həyatında da çox mühüm dəyişikliklər baş vermişdir. Dövlət müstəqilliyinin
bərpası ölkəmizdə siyasi və iqtisadi sabitliyin yaranması, beynəlxalq əlaqələrin
genişlənməsi, Azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərin
qorunması, gənc nəslin yeni ruhda tərbiyəsi və.s istiqamətlərdə böyük imkanlar
yaratmışdır. Bu istiqamətdə görülən işlər içərisində Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsinə xidmət edən ictimai-siyasi təşkilatların-siyasi partiyaların və
qeyri hökümət təşkilatlarının yaranmasının əhəmiyyəti daha böyükdür. Belə
təşkilatlardan biri də Azərbaycanın xalq yazıçısı, böyük daramaturq İlyas
Əfəndiyevin adını daşıyan Ədəbi-Bədii Xeyriyyə fondudur.
İlyas Əfəndiyev
adına Ədəbi-Bədii Xeyriyyə Fondu 21 oktyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış qeyri-siyasi, qeyri-dini
istiqamətlərdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır.
Əsas
məqsədi humanitar və digər sahələrdə xeyriyəçilik fəaliyyəti həyata keçirmək
olan İlyas-Əfəndiyev Fondu öz sıralarında Azərbaycanın görkəmli elim, mədəniyyət
və incəsənət xadimlərini, millət vəkillərini, KİV rəhbərlərini, tanınmış iş
adamlarını birləşdirir.
Fond yarandığı və fəaliyyət göstərdiyi qısa
müddətdə onlarla mühüm layihələr hazırlanmış, Respublika və Beynəlxalq miqyaslı
tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Fondun nəzdində «Qarabağ»
Nəşriyyat Poliqrafiya mərkəzi təsis edilib və fəaliyyət göstərir. «Qarabağ»
nəşriyyatı tərəfindən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan
ədəbiyyatında, mədəniyyətində və incəsənətində göstərdiyi xidmətlərinə həsr
edilmiş 3 cildli kitab çapa hazırlanmışdır.
Fondda Beynəlxalq əlaqələr
departamentinin fəaliyyətinin əsas istiqamətləri hazırlanmış, xarici ölkələrdə
yaşayan azərbaycanlıların cəmiyyətləri, müxtəlif qurumları ilə əlaqələr
qurulmuş, bir sıra Beynəlxalq qeyri-hökümət təşkilatları və digər Beynəlxalq
təşkilatlar ilə əlaqələr yaradılmışdır.
Artıq Fondun nəzdində təhsil
mərkəzi fəaliyyətə başlamış, Avropa və şərq xalqlarının dillərinin yerli və
xarici mütəxəssislər tərəfindən güzəştli şərtlərlə öyrədilməsi işinə
başlanılmışdır.
Nəhayət, İlyas Əfəndiyev adına Fondun «İlyas Əfəndiyev
Mükafatı» təsis edilmişidir. Mükafatın müxtəlif nominasiyalar üzrə həm ölkə
daxilində həm də xaricdə olan görkəmli şəxsiyyətlərə, dövlət və ictimai
xadimlərə təqdim edilməsi nəzərdə tutulmuşdur.
İlyas Əfəndiyev adına
Mükafatın verilməsində əsas göstərici Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsinə, Azərbaycan həqiqətlərini ölkədə və respublikadan kənarda
təbliğ etməyə, mədəniyyətin, incəsənətin, elm və təhsilin inkişaf etdirilməsinə,
milli mənəvi dəyərlərimizin qorunmasına xidmət etmək kimi önəmli məsələlər əsas
götürülür.
İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun nüfuzlu
mükafat komissiyası yaradılmışdır.
Bu komissiya özünün növbəti iclasında
3 nominasiya üzrə nominantları elan etdi. Akademik Bəkir Nəbiyevin sədrliyi ilə
keçirilən iclasda komissiyanın bütün üzvləri:
Anar - Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Vaqif Səmədoğlu - Millət vəkili, xalq
şairi Fəttah Heydərov - Millət vəkili Ədalət Vəliyev - Mədəniyyət və Turizm Nazirinin
müavini Fərhad Bədəlbəyli - Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın
xalq artisti, dövlət mükafatı laureatı, professor Kamal Abdulla -Bakı Slavyan
Universitetinin rektoru, professor, əməkdar elm xadimi Fərhad Xəlilov -
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Azər Paşa Nemətov -Teatr Xadimləri
İttifaqının sədri, xalq artisti, professor Elçin Şıxlı -Jurnalistlər
Birliyinin sədri, Azərbaycanın əməkdar jurnalisti, Azərbaycanın əməkdar
jurnalisti yekdilliklə komissiyanın qərarına səs verdilər.
Fondun mükafat
komissiyasının qərarına əsasən «Maarifin və mədəniyyətin tərəqqisində göstərdiyi
böyük xidmətlərə görə» nominasiyası üzrə «İlyas Əfəndiyev Mükafatı»-na
Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev adına Fondun Prezidenti, Mehriban xanım Əliyeva
layiq görüldü.
Nominant haqqında mükafat komissiyasının iclasında qeyd
olundu ki, Mehriban xanım Əliyeva 1995-ci ildən ölkəmizin ictimai həyatında
yaxından fəaliyyət göstərməyə başlamış, elə həmin il onun təşəbbüsü ilə
«Azərbaycan mədəniyyətinin dostları» xeyriyyə fondu təsis olunmuşdur. 1996-cı
ildə Mehriban xanım Azərbaycan mədəniyyətini ölkəmizdən kənarda geniş təbliğ
etmək məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan
«Azərbaycan-İrs» jurnalını təsis etmişdir. Azərbaycan həqiqətlərini beynəlxalq
ictimaiyyətə çatdırmasında «İrs» jurnalının xidmətlərinin ölçüyəgəlməz olduğu
xüsusi vurğulandı.
Ölkəmizin təhsil sistemində aparılan islahatlarda,
«Yeniləşən Azərbaycana yeni məktəb» proqram layihəsinin gerçəkləşməsində, zəngin
tariximizin, mədəniyyətimizin inkişafında qorunmasında və təbliğində, kimsəsiz
uşaqlar və internat məktəblərinin yenidən qurulması işində, idmanın inkişafında,
gənc nəslin tərbiyəsində Mehriban xanımın xidmətlərinin çox böyük olduğu xüsusi
qeyd olundu.
Bundan sonra Fondun mükafat komisiyası «Azərbaycan
həqiqətlərini düzgün qiymətləndirən və təbliğ edən xarici vətəndaşın göstərdiyi
xidmətlərə görə» nominasiyası üzrə namizəd, Litva Respublikasının Prezilenti
zati-aliləri cənab Valdas Adamkusun namizədliyini müzakirə etdi. Namizəd
ətrafinda çıxış edən natiqlər Valdas Adamkusun Litva Respublikasının Prezidenti
seçilənə qədər keçdiyi həyat yolundan, suveren Litva uğrunda apardığı
mübarizədən, Prezidentlik fəaliyyəti dövründə öz ölkəsinin sürətli
modernləşməsində, iqtisadi potensialının artmasında xidmətlərindən, bilik
cəmiyyəti xətti üzrə YUNESKO-da apardığı işlərdən, aldığı dövlət və Beynəlxalq
mükafatlardan söhbət açdılar. Yuxarıda deyilənlərlə yanaşı Fondun mükafat
komissiyasının iclasında Valdas Adamkusun Azərbaycan-Litva əlaqələrinin
möhkəmlənməsində, sahibkarlıq, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıqda
böyük xidmətləri olduğu qeyd olundu. Onun Respublikamızda rəsmi qonaq olduğu
vaxt ölkəmizin uğurları, Azərbaycan mədəniyyət xadimlərinin, o cümlədən
Azərbaycanın görkəmli yazıçı-dramuturqu İlyas Əfəndiyevin Litva Respublikasının
mədəniyyətinə göstərdiyi xidmətləri qiymətləndirməsi xüsusi vurğu ilə qeyd
olundu. Bundan sonra mükafat komissiyasının üzvləri tərəfindən sözügedən
nominasiya üzrə İlyas Əfəndiyev mükafatının Litva Respublikasının Prezidenti
Valdas Adamkusa verilməsi yekdilliklə bəyənildi.
Nəhayət sonda Fondun
mükafat komissiyası «Azərbaycan mədəniyyətinin və incəsənətinin
xaricdə təbliğinə görə» nominasiyası üzrə namizəd, Macarıstan Respublikası «Duna
Tv» Telekanalının Prezidenti cənab Laslo Çeleninin namizədliyini müzakirə etdi.
Qeyd olundu ki, Azərbaycan və Macarıstan arasında dostluq əlaqələrinin
daha da möhkəmləndirilməsi yolunda «Duna TV» Telekanalının xidmətləri çox
böyükdür. Bu telekanal tərəfindən Azərbaycandan kənarda milli-mədəni
dəyərlərimzin təbliği çox önəmli hadisədir. Bu xalqlarımız arasında dostluq və
mədəni əlaqələrin inkişafına xidmət göstərən amildir.
Komissiya üzvləri
tərəfindən 26 may 2006-cı ildə «Duna TV» telekanalında efirə gedən «Duna TV-də»
Azərbaycan günü proqramında Macarıstan ictimaiyyətinə Azərbaycanın tarixindən,
mədəniyyətindən və incəsənətindən söhbət açılması telekanalın rəhbəri,
Azərbaycan xalqının dostu Laslo Çeleninin xidməti kimi qiymətləndirildi. Bundan
sonra natiqlər Laslo Çeleninin həyat yolu, tərcümeyi-halı, «Duna TV»-nin Avropa
teleməkanında rolu və.s məsələlər barədə də söhbət açdılar. Nəhayət, «Azərbaycan
mədəniyyətinin, incəsənətinin və tarixinin xaricdə təbliğinə görə» nominasiyası
üzrə «İlyas Əfəndiyev Mükafatı»-nın Macarıstanın «Duna TV» telekanalının
Prezidenti cənab Laslo Çeleniyə verilməsinə yekdilliklə səs
verildi.
Beləliklə, İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun
«İlyas Əfəndiyev Mükafatı» öz layiqli sahiblərini tapdı. |
 Ünvan: Bakı, AZ 1007 972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə |
| Tel.: (+994 12) 437 89 08 |
| Fax: (+994 12) 449 54 41 |
| E-mail: info@ilyasafandiyev.az |
|