-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

OXUCU MƏKTUBLARI >>>>

Hörmətli yazıçı,
Əziz İylas Əfəndiyev, salam!

Mən «Azərbaycan» jurnalından Sizin «Söyüdlü arx» romanınızı oxuyub qurtardım. Mən Sizin bütün hekayələrinizi, olduqca gözəl və səmimi pyeslərinizi də oxumuşam. Bu məktubu yazmaqda məqsədim «Söyüdlü arx» haqqında öz fikirlərimi Sizə bildirməkdir. Axı, Siz mənim ən çox sevdiyim müasir Azərbaycan nasirlərindən birisiniz. Nə üçün mən sizi, orijinal yaradıcılığınızı bu qədər sevirəm. Sizi mənə sevdirən əsərlərinzin lirik dili, müasirlik ruhudur, Daşa-torpağa da ruh vermək kimi ecazkar bir qüvvətə malik həqiqi istedadınızdır. Romanı oxuyub qurtardıqdan sonra sanki ürəyimə Söyüdlü arx dolusu sevinc axdı. Hər şey öz yerindədir. Adamı təəssüfləndirən heç bir şey yoxdur. Məsələn Nuriyyənin yuxusu nə qədər real, nə qədər düzgün verilmişdir. Onun yuxuda Səadəti görməsi, çayda çimməsi və günəşin onun gözünü qamaşdırması nə qədər realdır. O, yuxuda məhz bunları görə biləydi. Sizin romanınız elə bil ki, bizim Boladi kəndi haqqında yazılmışdır. Kəndimizin Nuriyyə kimi bir incəsənət işçisinə çox ehtiyacımız vardır. Romandakı xeyirxah adamlar sanki bizim kəndin adamlarıdır.

Mən çox arzu edərdim ki, Nuriyyə Hümmətlə evlənəydi. Buna Hümmət də razı idi. Nuriyyə onda həqiqətən xoşbəxt olardı. Nə üçün Siz Nuriyyənin taleyini bu cür həll etmədiniz? Nə üçün siz onu özündən on səkkiz yaş böyük olan bir mühəndimlə evləndirdiniz? Axı, onu özü yaşda başqa gənclər də sevə bilərdi. Xahiş edirəm cavab yazın. Gözləyirəm!

Hörmətlə!
Sizin oxucunuz: Şəkər Aslanov,
Lənkəran rayonu, Boladi kəndi.


Geri << 1 2 3 [4]


Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az