-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

OXUCU MƏKTUBLARI
Əziz və hörmətli yazıçımız
İlyas Əfəndiyev!

Salam və ehtiram!

Məlumunuz olsun ki, Sizin bütün əsərlərinizi oxuyuram. Xüsusilə «Söyüdlü arx» romanı məni valeh etmişdir. «Literaturnaə qazeta» da Cəlal Məmmədovun «Nuriə» adlı məqaləsini oxuduqdan sonra mən «Söyüdlü arx» romanını və şair Xəlil Rzanın Nuriyyəyə açıq məktubunu (kəsib saxlamışam) bir də oxudum. Bilmirəm, bəlkə mən zəif təbiətə malikəm, lakin «Söyüdlü arx» romanının sonluğu məni ağlatmışdır. Mən qərara gəlmişəm ki, o əsəri ölüncə hər il oxuyacağam. Onu biləsiniz ki, ağlamağım sevinc, sizin müvəffəqiyyətinizə sevinmək ağlamağıdır.

«Ələsgər dayı təqaüdə çıxmışdır. Gündüzlər gedib dəniz kənarında qocalarla söhbət edir. Axşamlar isə yenə də çarpayısının üstündə bardaş qurma oturaraq sazını dınqıldadıb oxuyur. Üzü bəri duran dağlar, mənim sizdə nəyim qaldı».

Nə qədər səmimi, nə qədər mütəəssir edici sonluqdur. Sizin müvəffəqiyyətiniz bizim də müvəffəqiyyətinizdir. «Söyüdlü arx» romanı («İvı nad arıkom») rus dilində nəşr edilməsi məni nə qədər sevindirmişdir. Xahiş edirəm, həmin məktubu öz ailənizə də oxuyasınız, qoy bizim kimi onlar da Sizinlə fəxr etsinlər.

«Mənim gənc leytenantımın saçları xeyli ağarmışdır». Mən də leytenantam, bir qəfil hadisə üzündən həbsə düşmüşəm, xahiş edirəm məni bağışlayın. Burada öz fikrimi bölüşdürməyə bir Adam tapmadığım üçün Sizi narahat etdim. Mərhum şairimiz vurğun demiş (Sizin «Şəhərdən gələn ovçu») ümidvaram ki, mübarzə meydanında görüşərək sizinlə şəxsi dostluq edərik. Mən bu sətirlərir öz gündəliyimə «İndii o vaxtdan xeyli vaxt keçmişdir» cümləsindən axıra qədər köçürmüşəm. Cib dəftərçəmə də çoxlu cümlələr köçürmüşəm. Sizə, ailənizə can sağlığı, uzun ömürlər arzulayıram!

Yazın! Yaxşı yazın!

Duzlu yazın! Həmişə yazdığınız kimi yazın!

Yaşayacaqsan

«Körpüsalanlar» ın, «Söyüdlü arx» ın,
İllər ötüşdükcə yaşayacaqdır.
O söyüdlü arxın, ümidli arxın,
Hələ çox düzləri suvaracaqdır.

Nuriyyən kəndimi bəzədi getdi,
Adı bu gün yenə dodaqlardadır.
Vurğun da kəndimi gəzərdi, getdi,
Hələ də göz yaşım yanaqlardadır.

Hər gecə götürüb sinəsi üstə,
Sazın dınqıldadır, çalır Ələsgər.
O, çaldıqca sazın zildə və pəsdə,
Deyirəm, Göyçədə çalır Ələsgər.

Tarixdə ad qoymaq deyildir asan,
Ad qoydun Nəcəfbəy, Saakyan kimi.
Sən də tarixlərdə yaşayacaqsan,
Nuriyyən, Mədədin yaşayan kimi.
Hörmətlə!
Tacəddin Hicrani
15/III/61-ci il

Narahat etdiyimə və belə bir yerdən Sizə məktub yazıb, sizin vaxtınızı aldığıma görə üzr istəyirəm.

Hörmətli İlyas müəllim!
Tanış olmadığımız halda məktub yazdığıma görə üzr istəyirəm.
Həmin məktub vasitəsilə Sizə «Sən həmişə mənimləsən» və «Mənim günahım» kimi gözəl sənət əsərləriniz üçün dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm.
Hər iki dramanız dərin həyatı, psixoloji və tərbiyəvi məsələləri araşdırmaqla bərabər insanların böyük bəşəri ideallar uğrunda mübarizəyə çağırır.
Sizə can sağlığı, uzun ömür və yeni yaradıcılıq yollarınızda daha böyük müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan Dövlət Universiteti
Coğrafiya kafedrasının dosenti
F. A. Əhmədov.
15/V/67

[1] 2 3 4 >> Növbəti səhifə

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az