Bədii nəsrinin uğurları
İlk addımlar. Hekayələrdə epik və lirik
səhnələr
İlyas Əfəndiyevin ədəbiyyata
gəldiyi 30-cu illərin axırları Azərbaycan nəsrinin mövzu və bədii sənətkarlıq
cəhətdən sürətlə inkişaf etdiyi bir dövr idi. İnqilabi hadisələrin təsviri, yeni
kəndin dirçəlişi, qadın azadlığı, ailə-məişət problemləri və s. mövzular bu
illərdə yaranan nəsr əsərlərinin əsas mövzusunu təşkil edirdi. 30-cu illərdə
Əbülhəsən, M.Hüseyn, S.Rəhimov, Ə.Vəliyev, S.Rəhman, Mir Cəlal, Ə.Məmmədxanlı və
b. ədiblərin bu mövzularda qələmə aldıqları hekayə, povest və romanları
Azərbaycan ədəbiyyatının ciddi uğurları hesab olunurdu. »»»
Povest və romanlarda müasir həyatın inikası
İ.Əfəndiyev nəsrin xırda
növlərində, xüsusilə hekayə janrında mühüm uğurlar qazanmasına baxmayaraq, onun
XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi səviyyəsinə yüksəlməsində 50-ci
illərdən qələmə almağa başladığı və 90-cı illərdə də böyük müvəffəqiyyətlə davam
etdirdiyi irihəcmli povest və romanları əsas rol oynamışdır. Uzun illərdən bəri
apardığı bədii tədqiqatın və yaradıcı əməyin nəticəsi kimi meydana gələn
«Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasındı üç dost» (1963),
«Sarıköynəklə Valehin nağılı» (1976-78), «Geriyə baxma qoca» (1980), «Üçatılan»
(1981) və s. povest və romanları təkcə İ.Əfəndiyev yaradıcılığına deyil, eyni
zamanda çağdaş Azərbaycan nəsrinə böyük şöhrət qazandırmışdır. »»»
Yazıçı və tarixilik
Mövzu məhdudluğunun nə
olduğunu bilməyən ədib müxtəlif janrlarda yazdığı əsərlərində müasir həyatın
təsvirinə daha çox üstünlük vermiş olsa da, tarixi mövzulara da heç vaxt laqeyd
qalmamışdır. Yaradıcılığının müxtəlif dövrlərində bə‘zən uzaq, bə‘zən də yaxın
tarixi keçmişimizə müraciət edən İ.Əfəndiyev bu istiqamətdə bir sıra maraqlı
hekayə və povestlər, pyes və romanlar yaratmışdır. Belə mövzulara biz 40-cı
illərdə qələmə alınmış hekayələrində, 70-ci illərdə tamaşaya qoyulmuş
pyeslərində, 80-90-cı illərdə çap etdirdiyi povest və romanlarında rast gəlirik.
Xüsusilə, yaradıcılığının son illərində çap etdirdiyi «Geriyə baxma, qoca!»,
«Üçatılan», «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı», «Qaçaq Süleymanın
ölümü» kimi əsərlərində xalqımızın tarixi keçmişi təsvir olunmuşdur.»»»
Dramaturgiyasının özünəməxsusluğu
«İntizar» la başlanan yol
Uzun illərdən bəri bir nasir
kimi yazıb-yaradan və oxucuların hörmətini qazanan İ.Əfəndiyevin XX əsr
Azərbaycan milli dramaturgiyasının inkişafında əvəzsiz xidməti olmuşdur. O,
böyük sənətkarlar M.F.Axundov, C. Məmmədquluzadə, H. Cavid, C.Cabbarlı və
S.Vurğunun dram əsərlərindən bəhrələnmiş və dramaturgiyamızı yeni yüksək bir
zirvəyə qaldırmışdır. 50 ildən artıq bir dövrdə Azərbaycan ədəbi ictimaiyyəti
onun pyeslərini maraqla izləyir və həvəslə tamaşa edir. Yazıçı Azərbaycan Milli
Teatrı üçün 20 dram əsəri yazmış və bunların hamısı böyük müvəffəqiyyətlə
tamaşaya qoyulmuşdur.»»»