-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

TƏBRİKLƏR

YAZIÇI İ. M. ƏFƏNDİYEV OKTYABR İNQİLABI ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN FƏRMANI

Sovet ədəbiyyatının inkişafında xidmətlərinə görə və anadan olmasının altmış illiyi ilə əlaqədar olaraq yazıçı İlyas Məhəmməd oğlu Əfəndiyev Oktyabr İnqilabı ordeni ilə təltif edilsin.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N. PODQORNI SSRİ Ali Sovetinin Rəyasət Heyətinin katibi M. GEORQADZE

KOMMUNİST ƏXLAQI MÖVQEYİNDƏ
İlyas Əfəndiyevin anadan olmasının 60 illiyi.

ELƏ YAZIÇILAR var ki, onların yaradıcılıq siması, bədii üslubu, sənətkarlıq fərdiyyəti birdən-birə yox, zaman keçdikcə müəyyənləşir, sabitləşir. Bunun ilə olaraq elə yazıçılar da var ki, onlar elə ilk əsərlərindən öz yaradıcılıq biliklərini, xüsusiyyətlərini aşkara çıxarırlar. Bu əsərlərdən başlayaraq onların təkrarolunmaz simaları ilə tanış oluruq. Söz yox ki, bu yazıçılar illər keçdikcə inkişaf edir, yetkinləşirlər, istedadları getdikcə parlayır, sənətlə cilalanır. Bununla belə yazıçılarda ilk istedad o qədər qüvvətli olur ki, onu nə qədər cilalatsa da, ilk təbiətini, özünəməxsus yaradıcılıq mayakında onun mahiyyətini dəyişmir.

Bu gün anadan olmasının altmış illiyini qeyd etdiyimiz görkəmli nasir və dramaturqumuz İlyas Əfəndiyev də belə sənətkarlardandır. İlyas Əfəndiyev ədəbiyyata hekayələr ilə gəlmişdir. Onun hekayələr kitabı «Kənddən məktublar» 1939-cu ildə nəşrə verilmişdir. Ondan sonra isə «Aydınlıq gecələrə», «Kiçik bir poema», «Yun şal» və s. hekayələrini yazmışdır. Bu hekayələr üçün səciyyəvi olan odur ki, təsvir olunan hadisələrin tərzində həyatını mənalıolmağa can atan, düşünən, sevən insanlar dayanır. Bunları bizə bu adamların daxili aləmlərini, ehtiras və həvəslərini, səhv və peşmançılıqlarını, arzu və sevinclərini hər birinin taleyinə etiraf edir. Ədibin müsbət qəhrəmanlarını təmiz hisslər, aydın fərəhli meyllər əhatə edir, ən etibarlı sükan onlara həyatın dumanlı yollarında düz yol göstərir.

İlyas Əfəndiyevin hekayələri üçün səciyyəvi olan bu cəhətləri, daha doğrusu, onların inkişaf edib, çiçəklənməsini roman və povestlərində, hətta dram əsərlərində də görürük.

Nasir nəsrimizin ən gözəl əsərlərindən olan «Söyüdlü arx», «Körpüsalanlar» və «Dağlar arxasında üç dost» roman və povestlərində İlyas Əfəndiyevin hələ ilk hekayələrindən tanıdığımız lirik əhval-ruhiyyə, yüksək əxlaqi keyfiyyətlərin bariz təzazhürü, sovet adamlarına xas vətəndaşlıq duyğusu daha bədii və kamil bədii surətdə canlandırılmışdır. «Söyüdlü arx»dakı Nuriyyə surəti «Yun şal» hekayəsindəki Südabədən bəzi cizgilər almış, amma Nuriyyə daha geniş planda işlənmiş canlı surətdir. Ümumiyyətlə İ. Əfəndiyevin qəhrəmanları bütün xarakterə malikdirlər, öz hərəkətlərində ardıcıldırlar. Bu xüsusiyyət daha çox qadın surətlərinə aiddir. Daxili mətinlik, alicənablıq, təmkin onları hadisə içərisindən mənən təmiz və üzüağ çıxarır. Nuriyyə öz kamilliyi ilə dövrümüzün nəcib insanlarını təmsil edən parlaq bir şəxsiyyətdir.

Birlik, həyatla ayaqlaşma, ictimai-tərbiyəvi vəzifəni ilk plana çəkmək İlyas Əfəndiyevə xas olan keyfiyyətlərdir. Həyat çox genişdir, hadimsələr, təsvir obyektləri saysız-hesabsızdır. Əsil ustalıq ictimai hadisələr burulğanında çaşbaş olmamaq, vacib məsələləri vacib olmayanlardın və ya az vaciblərdən seçmək, diqqəti dövr üçün əhəmiyyətli olan məsələlərə cəlb etməkdir.ilyas Əfəndiyevi bir qayda olaraq adamlarımızın ideya-mənəvi aləmi maraqlandırır. Onun bütün əsərləri böyük və əhəmiyyətli bir problemə həsr edilmişdir. İşdə, ailədə, təhsildə bir-birilə sıx əlaqədə olan insanlar özlərini necə aparırlar, qarşılıqlı əlaqə və münasibətlərdə insanların hansı keyfiyyətləri meydana çıxır və bu keyfiyyətlər onların öz vətəndaşlıq və insanlıq vəzifələrini yerinə yetirməsinə necə kömək edir? Bu vahid problem ədibin həyata baxış və görüş dairəsini məhdudlaşdırmır. Əksinə, dərin müşahidə, düzgün icimai təhlil və məfkurəvi əhatə genişliyi ədibin əsərlərinə bir rəngarənglik gətirir, onları məzmunca daha dolğun və zəngin edir. Digər tərəfdən, mövzuya sədaqət ədibi xırdaçılıqdan, mövzu pərakəndəliyindən xilas edir, yaradıcılığına bütövlük, monolitlik xüsusiyyəti verir. Müasirlik İlyas Əfəndiyevin əsərlərinin ruhuna hopmuşdur. Bu əsərlərin qəhrəmanları hansı şəraitdə, hansı məkan və zaman daxilində olurlarsa olsunlar vətəndaş müharibəsi, Böyük Vətən müharibəsi, İran ictimai şəraitində və ya dinc quruculuq illərində həmişə sovet adamı kimi hərəkət edir, vətənpərvərlik ruhu ilə azadlıq və yenilik eşqi ilə çırpınırlar. Onların çoxunda prisipiallıq, möhkəm iradə, cəsarət, köhnəliklə mübarizədə qətiyyət vardır. «Xəncər» hekayəsində Südabə müəlliməni, onun azadlıq uğrundakı mərdanəliyini, fədakarlığını xatırlayaraq, yetmişdən çox yaşı olmasına baxmayaraq professor oğlunun himayəsində yaşamayıb, fermada işləməkdən zövq alan, yenilikdən, texniki tərəqqidən geridə qalmamağa can atan Güllü qarını («Görüş» hekayəsi), köhnə, meşan əxlaqı ilə barışmayıb cəsarətlə ondan üz döndərən Səriyyəni («Körpüsalanlar» povesti) yadımıza salır.

İlyas Əfəndiyev çox ustalıqla təsvir etdiyi mühit ilə oxucu arasında bir ünsiyyət yaradır, öz qəhrəmanlarının oxucuya sevdirir, onların taleyi ilə oxucunu ciddi maraqlanlırır. Hər hekayəni, romanı oxuyub qurtardıqdan sonra da oxucu tanış olduğu, sevdiyi adamların gələcək taleyi haqqında düşünür.

Ədib insan qəlbini çox gözəl bildiyi və incəliklərinədək təsvir etməyi bacardığı kimi təbiəti də sevir və məhəbbətlə təsvir edir. Onun əsərlərində təbiət özü də yaşayır, Vətənin təbii gözəlləyi, təravəti, zənginliyi insanın hissləri ilə qovuşur, məna ilə dolu bir aləmə çevrilir. Təbiəti bu qədər canlı və təsirli təsvir edən yazıçı onu dərindən sevməyə bilməz. İlyas Əfəndiyevin üslubuna qüvvət verən, lirik-romantik ruhunu qanadlanlıran amillərdən biri də, onun bədii dilidir. Ədibin çox təmiz, aydın, yüksək bədii qüvvəyə malik dili vardır. Bu səlis, hətta şairanə deyiləcək dərəcədlə təsirli dilin, gözəl ifadə tərzinin vasitəsilə yazıçı təbiətin füsunkar gözəlliklərini, kənd həyatının ürəkaçan təbii mənzərələrini canlandırdığı kimi insan qəlbinin də ən incə duyğularını, zərif tellərini dilləndirir, öz qəhrəmanlarının daxili aləmini məharətlə işıqlandırır.

Ədibin nəsri haqqında dediklərimizin çoxu onun dram əsərlərinə də aiddir. Yaradıcılığının əsas tematik istiqamətini İlyas Əfəndiyev dramaturgiyada da ardıcıl surətdə davam etdirir. Dramaturgiyada da o, lirikdir. Ancaq lirik əzval-ruhiyyə hadisələri gərgin dramatik ziddiyyətlərdə, toqquşmalarda əks etdirməsinə mane olmur. Yazıçı öz qəhrəmanlarının mənəvi aləmini ağır imtahanlardan, çətin sınaqlardan keçirir, onları ciddi həyati problemlər qarşısında qoyur, təhlükəli vəziyyətlər yaradır. Təsvir olunan hadisələrdəki və münasibətlərdəki gərgin dramatik və hətta tragik vəziyyətlərə baxmayaraq İlyas Əfəndiyevin dramaturgiyası lirik əhval-ruhiyyədən məhum deyildir. Onun hətta «Mahnı dağlarda qaldı» kimi tarixi əsərində də bu əhval-ruhiyyə böyük rol oynayır. Bunun səbəbi odur ki, insan qəlbinin ən incə və gizli bucaqlarına əl atan ədib təmiz və ülvi duyğulara, işıqlı, fərəhli meyllərə sağlam və qüvvətli ehtiraslara inanır, onların qələbəsini arzulayır. Dramaturq sovet adamlarında elə mənəvi gözəlliklər müşahidə edir və onları elə təbii, səmimi, inandırıcı bir ustalıqla göstərir ki, biz onların taleyinə nəinki laqeyd qala bilmirik, hətta ona şərik oluruq.

İlyas Əfəndiyevin ilk gözl pyeslərindən olan «Bahar suları» tamaşaçıda nə qədər gözəl hisslər oyadır. Gözümüzün qabağından keçən Alxan kişi, Uğur, Səadət və Şəfiqə necə də kamil, təmkinli, alicənab adamlardır! Hər cür xundpəsəndlikdən, meşan əhval-ruhiyyəsindən, subyektiv hisslərdən azad olan bu adamları sevməmək mümkün deyildir. Onlar şəraitdən asılı olaraq çətin, dolaşıq vəziyyətlərə düşür, həyəcan keçirirlər, amma xətaya, əyriliyə, xəyanətə yol vermirlər. Yüksək bəşəri hisslər, mənəvi kamillik onlara məişətdə düzgün çıxış yolu göstərir.

Doğrudur, İlyas Əfəndiyevin pyeslərində insanlıq ləyaqətini itirmiş, tüfeyli, meşan, xudbin, əliəyri adamlar da vardır. Yazıçı xoşbəxtliyə, tərəqqiyə, inkişafa mane və əngəl olan bu adamları amansızcasına tənqid edir, onları öz müsbət qəhrəmanlarının əli ilə ifşa edir. Bəli, həyatımızda hələ də Nəcəf kimi («Bahar suları»), Dilşad xanım kimi («Atayevlər ailəsi»), Fərəc kimi («Sən həmişə mənimləsən»), Ədalət kimi («Məhv olmuş gündəliklər») adamlar vardır və onlarla ciddi mübarizə aparmaq lazımdır. İlyas Əfəndiyevin pyesləri öz mənafeyini ümumxalq mənafeyindən yüksək tutan mənfəətpərəst, pozğun, eqoist adamlara qarşı dərin nifrət oyatmaqla bərabər, ictimai həyatın qanunauyğun inkişafını təstiq edir; sürətlə irəliləyən və qalib gələn humanist fikirlərin, mütərəqqi meyllərin, vətəndaşlıq ehtirası ilə coşan nəcib, xeyirxah əməllərin yanında mənfi ünsürlərin, kölgəli cəhətlərin çox fəqir və miskin olduğunu göstərir. İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçıdır. Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideallarına sadiq olan ədib Sovet cəmiyyətində müxtəlif millətlərdən olan insanların necə qardaş kimi əlbir çalışıb xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük nailiyyəti kimi təsvir edir. Bu cəhətdən onun «Dağlar arxasında üç dost» romanı və «Qəribə oğlan» komediyası diqqətəlayiqdir. Bu əsərlərdə xalqlarımız arasındakı səmimi dostluq quruluşumuzun mahiyyətindən doğan və getdikcə möhkəmlənən mühüm ictimai bir hadisə kimi canlandırılmışdır. İlyas Əfəndiyev həyatın dialektik ziddiyyətlərini, bir-birinə oxşamayan xarakterləri, insanlar arasında baş verən hadisələri kommunist əxlaqı mövqeyindən qiymətləndirməyi bacarır. Onun əsərlərinin böyük tərbiyəvi əhəmiyyəti də yazıçı mövqeyinin, yazıçı münasibətinin aydın və dəqiq olmasındandır.

Sovet ədəbiyyatının inkişafında, onun ideya-bədii təkamülündə İlyas Əfəndiyevin rolu olduqca böyükdür. Dramaturgiyaya gəldikdə isə cəsarətlə deməliyik ki, İlyas Əfəndiyev Azərbaycan sovet dramaturgiyasının tarixində xüsusi bir mərhələ təşkil edir. C. Cabbarlıdan, S. Vurğundan, S. Rəhmandan sonra İlyas Əfəndiyev nəinki teatrımızı müntəzəm surətdə təchiz edən məhsuldar dramaturqlardan biridir, o, həm də teatrımızda lirik-psixoloji üslubun ardıcıl nümayəndəsidir. Yuxarıda adlarını çəkdiyimiz yazıçıların hər biri səhnəmizdə müəyyən realist, romantik, satirik və sair üslubun yaranmasında əhəmiyyətli rol oynamışdır. İlyas Əfəndiyev dramaturgiyamızın qabaqcıl ənənələrini davam etdirərək daha çox psixoloji-lirik planda yaratdığı əsərlərdə səhnəmizə yeni bir hava, yeni məna və məzmun gətirmişdir.

İlyas Əfəndiyev son zamanlar özünü tamamilə dramaturgiyaya həsr etmişdir. O, roman yazmaq həvəsindən düşməsə də teatrı çox sevir və onun inkişafı naminə yazıb-yaradır. Tamaşaçılarımız İlyas Əfəndiyevin pyeslərini çox sevir və yeni əsərlərini gözləyirlər. Yazıçı üçün bundan böyük bir səadət və ilham mənbəyi düşünmək çətindir.

Yaradıcı ziyalılarımıza həmişə hədsiz qayğı göstərən Kommunist Partiyası və Sovet hökuməti İlyas Əfəndiyevin əməyini yüksək qiymtləndirmişlər. Sovet ədəbiyyatımızın inkişafında xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq sevimli yazıçımızın Oktyabr İnqilabı ordeni ilə təltif edilməsi bu böyük qayğıya parlaq misaldır. Biz əminik ki, yaradıcılığının ən məhsuldar dövrünü yaşayan İlyas Əfəndiyev ədəbiyyatımızı və səhnəmizi bundan sonra da gözəl əsərlərlə zənginləşdirəcək, adamlarımızın kommunizm ruhunda tərbiyəsinə xidmət etmək kimi şərəfli fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcəkdir.

Məmməd ARİF
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti

Moskva, Kreml. 15 noyabr. 1974-cü il.
HÖRMƏTLİ İLYAS MƏHƏMMƏD OĞLU!

Sizi, istedadlı Azərbaycan nasiri və dramaturqunu əlamətdar gün – anadan olmağınızın altmış illiyi münasibətilə hərarətlə təbrik edirik.

Sizin yaratdığınız əsərlərdə respublikanın fəhlə sinfinin, kolxozçu kəndlilərinin və ziyalılarının yaradıcı əməyi dolğun və parlaq əks olunmuşdur.

Ümumittifaq oxucunun haqlı olaraq rəğbətini qazanmış roman və povestləriniz («Söyüdlü arx», «Körpüsalanlar», «Dağlar arxasında üç dost») yüksək mənəvi-əxlaqi problemlər qaldırır, sovet adamlarına ölkəmizin xalqlarına beynəlmiləlçilik, dostluq və qardaşlıq duyğuları tərbiyə edir.

Sizin «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı» və başqa pyesləriniz Azərbaycan teatrının repertuarına möhkəm daxil olmuşdur; onlarda kommunizmin fəal qurucularından olan sovet adamlarının mənəvi gözəlliyi, əmək şücaəti, yüksək vətənpərvərliyi tərənnüm edilir. Sizin ədəbi və ictimai-siyasi fəaliyyətiniz Vətənin yüksək mükafatları ilə – order və medallarla qeyd olunmuşdur.

Sizə, hörmətli İlyas Məhəmməd oğlu, uzun ömür, səadət, yeni-yeni yaradıcılış nailiyyətləri arzulayırıq.

SSRİ Yazıçılar İttifaqının idarə heyəti Azərbaycan ədəbiyyatı şurası

ƏZİZ DOSTUMUZ İLYAS ƏFƏNDYEV!

Azərbaycan Yazıçılar İttifaqının rəyasət heyəti anadan olmanızın 60 illiyi münasibətilə bütün qələm dostlarınız adından Sizi hərarətlə təbrik edir.

Siz, ədəbiyyata otuzuncu illərin axırlarında «Kənddən məktublar»ınızla gəlmisiniz. Hələ ilk addımlarınızdan ədəbi ictimaiyyətimizin, oxucularımızın diqqət, rəğbət və məhəbbətini qazanmış, bir-birindən gözəl, mənalı, müasir həyatın və müasir əxlaqın mühüm məsələlərinə həsr olunmuş hekayələr yazmısınız. «Gözlənilməyən sevgi», «Aydınlıq gecələr», «Durnanın günahı», «Sən ey qadir məhəbbət», «Apardı sellər Saranı», «Qoca tarının çaldı» və bu səpkili başqa hekayələriniz bu sahədəki böyük imkanlarınızı üzə çıxartdı. Sizə yeni-yeni oxucular tapdı, yazıçı şöhrəti gətirdi.

Oxucularınız Sizin «Söyüdlü arx», «Körpüsalanlar», «Dağlar arxasında üç dost» və başqa roman və povestlərinizi də sevə-sevə oxuyurlar. Həmin əsərlər təkcə Azərbaycanda deyil çox-çox uzaqlarda da məşhurdur: dünyanın bir çox xalqlarının dilinə tərcümə edilib, böyük tirajlarda nəşr olunmuşdur.
Nəsr sahəsində səmərəli yaradıcılığınızı bu gün də davam etdirməkdə yanaşı, söz səhnəmizə bir sıra gözəl, dəyərli dram əsərləri də bəxş etmisiniz. Tamaşaçılar səhnəmidə sizin «İşıqlı yollar», «Bahar suları», «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Mənim günahım», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Qəribə oğlan» adlı maraqlı orijinal pyeslərinizə baxmışlar. Əksəriyyəti müasir həyatımızdan, müasir adamlarımızdan bəhs edən bu səhnə əsərlərinizdə siz bu günki həyatın vacib ictimai-əxlaqi problemlərinə toxunmuş, bir sıra dolğun səhnə obrazı yaratmısınız. Bu əsərlər təkcə Bakıda deyil, respublikamızın başqa şəhər və rayon teatrlarında da müvəffəqiyyətlə tamaşaya qoyulmuş, bir dramaturq kimi, sizin necə zəngin imkanlara malik olduğunuzu göstərmişdir.

Yaratdığınız səhnə əsərləri də bir çox dilə tərcümə olunmuş, qardaşq sovet respublikalarında, habelə Bolqarıstanda oynanmışdır.

Yazıçı dostlarınız sizi həm də təşkilatımızın gündəlik işində fəal çalışan görkəmli sənətkar kimi tanıyırlar. Siz müxtəlif illərdə qəzet və jurnalların redaksiya heyətlərinin üzvü kimi fəaliyyət göstərmiş, Yazıçılar İttifaqının katibi olmusunuz. İttfaqımızın rəyasət heytənin üzvü kimi bu gün də ədəbiyyatımızın inkişafında, onun gündəlik qayğılarından doğan məsəllələrin həllində yaxından iştirak edirsiniz.

Əziz dostumuz, sizin gərgin yaradıcılıq işiniz, qızğın ictimai fəaliyyətiniz partiya və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Siz bir sıra orden və medallarla təltif olunmuş, respublikamızın əməkdar incəsənət xadimi fəxri Adı almısınız. «Mahnı dağlarda qaldı» pyesinə görə sizə respublika Dövlət mükafatı verilmişdir.

Əzizi qələm dostumuz İLyas Əfəndiyev! Siz ömrünüzün altmışıncı baharını yeni yaradıcılıq axtarışları ilə qarşılayırsınız.

Azərbaycan Yazıçılar İttifaqının rəyasət heyəti sizə, görkəmli sənətkarımıza möhkəm cansağlığı, uzun və səmərəli ömür, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayır.

Azərbaycan Yazıçılar İttifaqının rəyasət heyəti.


«GƏNCLİK» NƏŞRİYYATI 28.VIII.87. No OK/9 – 540

HÖRMƏTLİ İLYAS MÜƏLLİM!
Nəşriyyatımıza sizin «Üç roman» kitabınız haqqında oxucu məktubu daxil olmuşdur. Həmin məktubun surətini Sizə göndəririk. (məktubların məzmunu aşağıda verilmişdir.)
«Gənclik» nəşriyyatının baş redaktoru: H. ORUCOV
* * *
BAKU 95/6653 60 4/6 1804 SERIYA S 52 BAKI 10 ÜZEYİR HACIBƏYOV KÜÇ. 37 43, MƏNZİL 58 İLYAS ƏFƏNDİYEVƏ

Əziz İlyas, səni ədəbiyyatımızın lirik, həzin, köyrək, eyni zamanda ciddi cəsarətli məsələlər qaldıran müktədir sənətkarını, gözəl nasir, dramaturq, publisist və nəhayət, hörmətli qələm dostumu ürəkdən təbrik edirəm, sənə 75 yox, 10 ildə də belə cavanlıq ehtirası ilə yazıb-yaratmağı arzu edirəm.
Hörmətlə: İsmayıl və Ümidə Şıxlı.
* * *
Hörmətli İlyas müəllim!

Novruz – Bahar bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, ən yaxşı arzularımı bildirirəm.

Ömrünüz uzun, canınız sağlam, işiniz uğurlu, həyatınız nurlu, bahar təravətli olsun. Səadət, xoşbəxtlik daim üzünüzə gülsün!
Hörmətlə: M. Əkrəm
* * *
Sevgili İlyas beyefendi!

75 yaşınızı yürekden, candan kutluyorum. Siz büyük bir yazar ve insan olarak her vakit yüreğimde taşıdığım sanatçılarımdansınız. Azerbeycan Türklerinin dünya Türkleri toplumunda tanınması ve meşhurlaşması yolunda özel olarak Sizin ve mensup olduğunuz Efendioğulları soyunun çekdiyi cabaları üyük milletimiz biliyor ve değerlendiriyor. Size uzun ömür ve mutluluklar dileğen aski dostunuz
Abbas Abdullah Bakü, 4 Haziran, 89.yıl

МОСКВА 59/05 46 32 29/5 1225
СЕРИЯ С2 BAKU ГАДЖИБЕКОВА 37/43 КВАРТИРА 58 ИЛЬЯСУ ЭФЕНДИЕВУ
Сердечно поздравляем вас выдающегося Советского писателя юбилейным днем, гордимся вами, высокоталантливыми Эльчином, Теймурчином прекрасной семьей Эфендиевых, крепкого здоровья, успехов, счастья.
Ваш Гусейнов Чингиз.


BAKU 1/ 9699 48 28/5 1910
БАКУ 10 УЗ. ГАДЖИБЕКОВ 37/43 КД 58 ЭФЕНДИЕВ ИЛЬЯС МЯХЯММЯД ОГЛЫ
Hörmətli İlyas müəllim, sizi, vahid Azərbaycan xalqının böyük sənətkarını anadan olmasının 75 illiyi münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür can sağlığı, yeni uğurlar arzulayıram, o gün olsun ki, 80 illik yubileyinizi Təbrizdə keçirək, öpürəm sizi.
Əli Tudə

BAKU 1/9689 34 28/5 1550
СЕРИЯ Е52 BAKU 10 ГАДЖИБЕКОВА 37/43 КВ. 58
ИЛЬЯСУ ЭФЕНДИЕВУ
От имени Лезгинских писателей и всех лезгин горячо поздравляем вас со славным семидесятипятилетнем, желаем самого долгого здоровья и новых больших вершин.
Творчества: Кичибек Мусаев.

BAKU 95/8805 67 5/6 1433
SERIYA E-52 BAKI 10 ÜZEYİR HACIBƏYOV 37/43 MƏNZİL 58
İLYAS ƏFƏNDİYEV
Əzizimiz İlyas müəllim, xalqımız üçün əsl bayram olan təvəllüd gününüz mübarək olsun. Siz gözəl ədib, istedadlı dramaturq və əsil vətəndaş kimi xalqımızın qəlbindəsiniz. Əsərlərinizdə tez-tez adı çəkilən, heç zaman unutmadığınız Təbrizli bacı və qardaşlarınız adından Sizi təbrik edir, bağrımıza basıb, öpürük. Sizə uzun ömür, uğurlu günlər arzu edən:
Mədinə Gülgün, Balaş Azəroğlu

BAKI 1 ÜZEYİR HACIBƏYOV KÜÇƏSİ 37/43 BLOK 4 KV. 58 ƏFƏNDİYEV İLYAS MÜƏLLİMƏ
S BAKU 73/5771 55 26/11 1430
Əziz, hörmətli İlyas müəllim, səfərdə və xəstə olduğum üçün Sizə üz vermiş kədərli günlərinizin iştirakçısı ola bilmədim. Hörmətli qardaşınız Mustafa müəllimin vaxtsız vəfatı münasibətilə dərin hüzünlə baş sağlığı verirəm və can sağlığı arzu edirəm.
Dərin hörmət hissilə Azərbaycan xalq şairi Mirvarid Dilbazi.

HÖRMƏTLİ İLYAS ƏFƏNDİYEV!
YENİ İLİNİZİ TƏBRİK EDİRİK! Sizə can sağlığı, uzun ömür, yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq. «Bakı» və «Baku» axşam qəzetləri redaksiyasının kollektivi adından:
N. İMANQULİYEV. 25.XII.85

СР BAKU 44/20 26 8 1000 СРОЧНАЯ УВЕДОМЛЕНИЕ ТЕЛЕГРАФОН СЕРИЯ Е-55 ПИЦУНДА АБ Х ДОМ ТВОРЧЕСТВО ПИСАТЕЛЕЙ НАРОДНОМУ ПИСАТЕЛЮ ЭФЕНДИЕВУ ИЛЬЯСУ
Сердечно поздравляю высоким званием. Желаю успехов вдохновения и крепкого здоровья.
Азиза Джафарзаде

СОЮЗ ПИСАТЕЛЕЙ МОРДОВСКОЙ АССР
ПРАВЛЕНИЕ
ИЛЬЯСУ МАГОМЕДУ ОГЛУ ЭФЕНДИЕВУ
Дорогой тов. Эфендиев!
От души поздравляем Вас, широко известного азербайджанского писателя, с семидесятилетием со дня рождения. Автор многочисленных пьес, романов и повестей, среди которых наиболее значительны «Не могу забыть», «Песня остается в горах», «Натаван», «Ивы над арыком», «Кизиловый мост», и др. Вы много сделали для развития национальной азербайджанской литературы. Долгих лет жизни Вам, крепкого здоровья, новых творческих свершений.
ПИСАТЕЛИ МОРДОВИИ

Hörmətli İlyas müəllim!
Sizi Böyük Oktyabr Sosialist inqilabının 71-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm! Sizə və ailənizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə böyük müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə: Hüseynov K. Ə.

Əzizimiz İLYAS MÜƏLLİM!
Sizi 1 MAY bayramı münasibətilə səmimi qəlblə təbrik edirəm. Arzu edirəm ki, adamların heyran edən gözəl nəsr və dram əsərləriniz gələcəkdə də yüksək zirvələrə qalxsın, dünya ədəbiyyatının qızıl fonduna daxil olsun! Mən buna əminəm!
Dərin ehtiramla, daim Sizin: Əli AĞDAŞLI

BAKU 143/12 28 6 1415 SERIYA
BAKI ÜZEYİR HACIBƏYOV 37/43 BL 4 MƏNZİL 58 M
ƏFƏNDİYEV İLYASA
Xalq yazıçısı adını ləyaqətləndirdiyinizə görə sevincimi bildirir, Sizə və ağıllı balalarınıza can sağlığı, könül xoşluğu arzu edirəm.
Məmməd Cəfər

НАХИЧИВАНЬ АЗЕРБ. 27 01 76 31 1230 SERIYA
BAKI HÜSÜ HACIYEV KÜÇƏSİ 19 BLOK 2 KV. 15
İLYAS ƏFƏNDİYEV
Xalq yazıçısı kimi yüksək ada layiq görülməniz münasibəti ilə Sizi Naxçıvan Ədəbi İctimaiyyəti və şəxsən öz adımdan təbrik edirəm. Sizin ədəbi əsərləriniz gənc nəslin sevimli kitablarıdır. Xalqın mənəvi tərbiyəsində böyük rol oynayır və bundan sonra da oynayacaq, onları Vətənə məhəbbət ruhunda tərbiyələndirəcəkdir. Biz Naxçıvanda yaşayan yazıçılar Sizin diqqətəlayiq əsərlərinizdən sənətkarlıq öyrənirik, Sizə can sağlığı, səadət, uzun ömür arzulayırıq.
Hörmətlə: Müzəffər Nəsirli

BAKU 146/95 51 24/5 110
SERIYA E52 BAKI ÜZEYİR HACIBƏYOV KÜÇƏSİ 37/43 MƏNZİL 58
İLYAS ƏFƏNDİYEVƏ
Mənim üçün çox olan xalqımızın böyük dramaturqu və yazıçısı İlyas müəllim, Sizin yüksək sənət gülləri ilə bəzənmiş 75-ci yaş çələnginizi ürəkdən təbrik edirəm. Çox-çox hələ yaşayın, həmişə səhnəmizi işıqlandırmaqda davam edin. Sizi bağrıma basıram,
Hörmətlə: Hikmət Ziya

Уважаемый Ильяс Эфендиев
Сердечно и горячо поздравляю Вас и товарищей по работе с праздниками 28 Апреля и 1 Мая!
Желаю Вам и товарищам по работе всяких благ в жизни, богатырского здоровья, праздничного настроения, новых больших успехов в деле осуществления предначертаний родной партии на благо нашей любимой Родины.
Секретарь Кубинского РК КП Азербайджана: С. Салимов


Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az