-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM

  Mart 
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Gündəm
[ 29.03.2010 ] QONŞU XALQLARIN MƏDƏNİYYƏTİ DƏ BİZLƏR ÜÇÜN BÖYÜK MARAQ KƏSB EDİR

Azərbaycan Şərq və Qərbin kəsişməsində yerləşdiyinə görə burada müxtəlif mədəniyyətlərin ünsürləri meydana çıxır. Məhz buna görə müxtəlif mədəniyyətlərin öyrənilməsi və tədqiq edilməsi Azərbaycan elmi qarşısında duran mühüm vəzifələrdən biridir. Bu baxımdan qonşu İran xalqının mədəniyyəti və əldə etdiyi tarixi nailiyyətləri bu gün kulturoloqlar üçün böyük maraq kəsb edir. 27 mart 2010-cu il tarixdə İrşad Otelində baş tutan "İran mədəniyyəti dünya sivilizasiya kontekstində" adlı respublika kulturoloji seminarda Azərbaycanın dəyərli mədəniyyət və incəsənət xadimləri, alimlər və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Qonaq qismində İranın Azərbaycandakı Səfirinin mədəniyyət işləri üzrə vəkili, İran Mədəniyyət Mərkəzinin rəhbəri, İran KİV nümayəndələri və digərləri iştirak etmişlər. Fondu Beynəlxalq Əlaqələr və Layihələrin İcrası şöbəsinin müdiri kulturoloq-yaponşünas Əbülfəz Babazadə təmsil etmiş, seminarda "İran İslam İnqilabın mədəni nailiyyətləri" mövzusunda məruzə ilə çıxış etmişdir. O, çıxışında qeyd etmişdir ki, müasir İran mədəniyyəti müxtəlif rakurslardan baxılmalı və qəbul edilməlidir. Çünki İran xalqının əldə etdiyi mədəni və iqtisadi nailiyyətlər İran İslam Respublikasını bu gün dünyanın ən qüdrətli dövlətlərini səbiyyəsinə qaldırmişdır.

ətraflı



Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az