-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM

  Sentyabr 
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Gündəm
[ 18.06.2007 ] Litva Respublikasının Prezidenti Cənab Valdas Adamkus təltif edildi

"Azərbaycan həqiqətlərini düzgün qiymətləndirən və təbliğ edən xarici vətəndaşın göstərdiyi xidmətlərə görə” nominasiyası ilə təltif edilən “İlyas Əfəndiyev Mükafatı”nın laureatı Litva Respublikasının Prezidenti cənab Valdas Adamkus iyun ayının 18-də Bakıda səfərdə olarkən Hyatt Park otelində Fondun Prezidenti cənab Tural Əfəndiyevi qəbul etmiş və mükafatın təqdimetmə mərasimi keçirilmişdir.

ətraflı


[ 05.06.2007 ] İlyas Əfəndiyev adına Elitar Gimnaziyada İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş lövhə açıldı

İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondu”-nun təşəbbüsü ilə görkəmli dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş "Sən həmişə bizimləsən" adlı lövhə açılmışdır.

ətraflı


[ 04.06.2007 ] "Heydər Əliyev Fondu"nun Prezidenti Mehriban Xanım Əliyeva "İlyas Əfəndiyev Mükafatı"na layiq görüldü

“İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondu”nun Mükafat Komissiyasının 1 saylı qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, “Heydər Əliyev Fondu”nun Prezidenti Mehriban xanım Əliyeva «Maarifin və mədəniyyətin tərəqqisində göstərdiyi böyük xidmətlərə görə» nominasiyası üzrə «İlyas Əfəndiyev Mükafatı»-na layiq görülmüşdür.

ətraflı


[ 01.06.2007 ] Fond öz xeyirxah missiyasını davam etdirir

Fond bu il Lökbatanda yerləşən 39 saylı kardiorevmatoloji uşaq evini öz himayəsinə götürmüşdür. İl ərzində uşaq evinə müxtəlif yardımlar edilmiş, istər bayram, istərsə də adi günlərdə Fond ata-ana himayəsindən məhrum olan uşaqları yaddan çıxarmamışdır.

ətraflı


[ 22.05.2007 ] Macarıstan Respublikası "Duna TV"-nin prezidenti cənab Laslo Çelenyi təltif edildi

Mayın 22-də Macarıstan Respublikasında Budapeştin mədəniyyət mərkəzlərindən biri olan “Urania”-da «İlyas Əfəndiyev Mükafatı»nın təqdimat mərasimi keçirilmişdir. «Azərbaycan mədəniyyətinin və incəsənətinin xaricdə təbliğinə görə» nominasiyası üzrə Macarıstan Respublikası Duna TV-nin prezidenti cənab Laslo Çelenyi «İlyas Əfəndiyev Mükafatı»na layiq görülmüşdür.

ətraflı


1234567

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az