| |
|
İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.
|
|
| |
Sentyabr
| |
|
1 |
2 |
3 |
4 |
5 |
| 6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
| 13 |
14 |
15 |
16 |
17 |
18 |
19 |
| 20 |
21 |
22 |
23 |
24 |
25 |
26 |
| 27 |
28 |
29 |
30 |
|
|
|
|
|
©
Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.
|
|
| [ 18.10.2009 ] BEYNƏLXALQ TƏCRÜBƏNİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİ İLƏ FONDUN İCRAÇI DİREKTORU Ş. ƏZİMOV BOLQARISTAN RESPUBLİKASINA SƏFƏR ETDİ |
İlyas Əfəndiyev Fondu ölkədə geniş vüsət alan qeyri-hökumət təşkilatlarının fəaliyyəti, ictimai sektorun inkişafına yönəlmiş təşəbbüslərə dəstək verərək bu sahədə olan beynəlxalq təcrübənin öyrənilməsinə səylərini xeyli artırmışdır. bu səbəbdən Fondun icraçı direktoru Şahid Əzimov Bolqarıstan Respublikasına səfər etmişdir. |
ətraflı |
|
| [ 19.09.2009 ] FOND RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ XEYRİYYƏ AKSİYASI KEÇİRDİ |
İlyas Əfəndiyev Fondu Müqəddəs Ramazan bayramı münasibətilə Lökbatan qəsəbəsində yerləşən 39 saylı Kardio-Revmatoloji Uşaq Sanatoriyasında müalicə və tərbiyə olunan uşaqları ziyarət etmişdir. Bayram sovqatı ilə uşaqları sevindirən Fondun əməkdaşları onların qayğıları ilə yaxından tanış olmuş, onlara daima layiqli diqqət göstəriləcəyini diqqətlərinə çatdırmışdır. Qeyd etmək lazımdır ki, Fond adı çəkilən müəssisədə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. |
ətraflı |
|
| [ 26.08.2009 ] FONDLA LİTVANIN "MEDIAPRO" ŞİRKƏTİ BİRGƏ LAYİHƏ HAZIRLAYIR |
Fond mədəniyyət sahəsində beynəlxalq əlaqələri və əməkdaşılığı genişləndirmək məqsədilə Litvanın "MediaPRO" şirkəti ilə birgə layihə hazırlayır. Buna görə Fondun icraçı direktoru Ş. Əzimov Litvaya 2 həftəlik səfər etmişdir. Səfər çərçivəsində layihənin həyata keçirilməsi mexanizmləri, layihənin büdcəsi və digər məsələlər müzakirə olunmuşdur. Layihənin əsas məqsədi Azərbaycan mədəniyyət nümunələrinin Litvada və Litva mədədniyyət nümunələrinin Azərbaycanda tanınmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsidir. |
ətraflı |
|
| [ 31.07.2009 ] İLYAS ƏFƏNDİYEV BEYNƏLXALQ MÜKAFATI BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB GEORGİ PIRVANOVA TƏQDİM EDİLDİ |
İyul ayının 27-də İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyev Bolqarıstan Respublikasına işgüzar səfərə yollanmışdır. Bolqarıstan Respublikasının prezidenti cənab Georgi Pırvanovun dəvəti ilə gerçəklənən bu səfər çərçivəsində İlyas Əfəndiyev Beynəlxalq Mükafatının təqdimetmə mərasiminin keçirilməsi də nəzərdə tutulmuşdur. Beləliklə, 29 iyul 2009-cu il tarixdə Bolqarıstan Respublikasının prezidentinin iqamətgahında cənab Georgi Pırvanov İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Tədbirdə Bolqarıstan hökumətinin rəsmiləri, Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov, səfirliyin əməkdaşları və KİV nümayəndələri iştirak edirdi
|
ətraflı |
|
| [ 26.05.2009 ] BU GÜN İLYAS ƏFƏNDİYEVİN ANADAN OLMASINDAN 95 İL ÖTÜR |
26 may 2009-cu il tarixdə Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq, dövlət mükafatı laureatı İlyas Əfəndiyevin anadan olmasının 95-ci il dönümü münasibətilə yazıçının xatirəsi anıldı. |
ətraflı |
|
| [ 19.05.2009 ] TURAL ƏFƏNDİYEV: “AKTUAL MÖVZUYA QEYRİ-CİDDİ MÜNASİBƏT” |
 Bu gün Azərbaycanda müşahidə olunan ictimai-siyasi və sosial-mədəni proseslər hər bir vətəndaşın qarşısında yeni vəzifələr qoyur. Hər bir kəs anlayır ki, ictimai mənşəyindən, peşəsindən, vəzifəsindən və dünyagörüşündən asılı olmayaraq hamı vahid ideyaya – Azərbaycançılığa, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət etməlidir. Hazırda dövlət bütün mühüm humanitar və ictimai faydalı sahələrə diqqət yetirərək, balanslaşdırılmış daxili siyasət həyata keçirməyə çalışır. Dövlətin inkişaf etdirdiyi prioritet sahələrdən biri də vətəndaş cəmiyyəti institutları simasında qeyri-hökumət təşkilatlarına diqqətidir. Artıq Azərbaycanda istər iqtidar, istərsə də müxalifət qəbul edir ki, Avropa dəyərlərinin ölkədə tətbiqi, bütün fəaliyyətlərdə şəffaflığın və ən əsası ictimai nəzarətin təmin olunması eyni dərəcədə QHT-lərin fəaliyyətindən də asılıdır. |
ətraflı |
|
| [ 13.04.2009 ] BAKI SLAVYAN UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İLYAS ƏFƏNDİYEV FONDUNUN FƏXRİ FƏRMANLARI İLƏ TƏLTİF EDİLDİ |
  11 aprel 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin akt zalında universitet rektoru, əməkdar elm xadimi, professor, hörmətli Kamal müəllim Abdullayevin sədrliyi ilə Bakı Slavyan Universiteti tələbələrinin istehsalat təcrübəsinin sona çatması münasibətilə konfrans keçirildi. Konfransda Bakı Slavyan Universitetinin müəllim-tələbə kollektivi, fəxri qonaqlar və digərləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan universitet rektoru gələn qonaqları salamlayaraq, qeyd etdi ki, bu tədbir Azərbaycanda müəllim peşəsinə verilən yüksək qiymətin və gənclərin bu istiqamətdə olan bütün təşəbbüs və fəaliyyətlərinin dəstəklənməsinin bariz nümunəsidir.Qeyd edildi ki, son 5 il ərzində BSU-nun tələbələri öz pedaqoji təcrübələrini Bakı məktəblərindan savayı, əyalət və Qaçqın şəhərciklərindəki məktəblərdə keçmişdir.
Çıxış üçün söz İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyevə verildikdə, o, qeyd etdi ki: Azərbaycan hər bir sahədə, xüsusilə də təhsil sahəsində, gündən günə inkişaf edir. Təhsil deyəndə ilk növbədə gənclərin intellektual və mənəvi inkişafına yönəlmiş bütün fəaliyyətlər gündəmə gəlir. Çox sevindirici haldır ki, bu gün
|
ətraflı |
|
1234567
 Ünvan: Bakı, AZ 1007 972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə |
| Tel.: (+994 12) 437 89 08 |
| Fax: (+994 12) 449 54 41 |
| E-mail: info@ilyasafandiyev.az |
|