-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM

  Sentyabr 
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Gündəm

İLYAS ƏFƏNDİYEV BEYNƏLXALQ MÜKAFATI SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ CƏNAB DANİLO TÜRKƏ TƏQDİM EDİLDİ

12 may 2010-cu il tarixdə Sloveniya Respublikasının prezidenti cənab Danilo Türkün dəvəti ilə İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyev Sloveniya Respublikasına rəsmi səfər etmişdir.
Gerçəkləşən səfər çərçivəsində Lyublyana şəhərində Sloveniya prezidentinin iqamətgahında mükafatın təqdimat mərasimi keçirilmişdir. Mərasimdə İlyas Əfəndiyev Fondunun nümayəndələri, Azərbaycanın Sloveniyadakı Müvəqqəti İşlər Müvəkkili, Sloveniyanın dövlət və hökumət nümayəndələri iştirak etmişdir.

Tədbir zamanı Azərbaycanda ictimai-siyasi sabitlik və iqtisadi inkişaf haqqında, ictimai sektor, xüsusilə də qeyri-hökumət təşkilatlarına olan dövlət qayğısı haqqında məlumat verildi. Qeyd olundu ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində əldə olunan uğurlar Azərbaycanı bölgədə lider, dünyada isə ən dinamik inkişaf edən ölkəyə çevirmişdir. Vurğulandı ki, Azərbaycanda həm dövlət, həm qeyri-hökumət təşkilatları səviyyəsində Azərbaycan mədəniyyətinin dünyada daha dolğun və geniş təbliğ edilməsi məqsədilə irimiqyaslı fəaliyyətlər, tədbirlər və layihələr həyata keçirilir. İlyas Əfəndiyev Fondu da bu prinsipləri əsas tutaraq fəaliyyət göstərir.

Sloveniya Respublikasının prezidenti cənab Danilo Türk, öz növbəsində, təqdim olunan mükafata görə öz minnətdarlığını bildirərək, bundan böyük məmnuniyyət hissi duyduğunu söylədi. Qeyd etdi ki, Azərbaycan və Sloveniya dost ölkələrdir və iki ölkənin dövlət başçıları arasında olan səmimi dostluq əlaqələri bunun bariz nümunəsidir. Azərbaycan və Sloveniya arasında olan münasibətlər yüksək səviyyədədir bu da əlaqələrin daha əhatəli olması üçün geniş imkanlar yaradır. Fikrini davam etdirən Sloveniya prezidenti, Azərbaycan xalqının birinci və ikinci dünya müharibə dövrlərində qəhrəmanlıq və şücaət göstərdiyini və buna görə azərbaycanlılara dərin minnətdar olduğunu bildirdi. Bunun bariz nümunəsi kimi daha çox Mixaylo adı ilə tanınan Mehdi Hüseynzadəni göstərdi. O, bildirdi ki, dünyada əsasən diplomatik, siyasi və iqtisadi əlaqələrin yaranması və inkişafına, təhlükəsizliyinin gücləndirilməsinə daha çox diqqət ayrıldığı bir zamanda, Sloveniya Azərbaycanla mədəni əlaqələrin inkişaf etdirilməlisini də vacib sayır. Ümumiyyətlə Azərbaycanın tarixi, iqtisadi və mədəni nailiyyətləri Sloveniya üçün böyük maraq kəsb edir və Azərbaycanın bu sahədə olan təcrübəsinin öyrənilməsinə böyük ehtiyac vardır.

Tədbirdə vurğulandı ki, prezidentlərin qarşılıqlı rəsmi səfərləri müxtəlif sahələrdə inkişaf edən əlaqələrimizi daha da möhkəmləndirmiş, onlar üçün yeni imkanlar açmışdır. Biz Qafqazda sülh və sabitliyin tərəfdarıyıq, deyən cənab Danilo Türk, burada yerləşən dövlətlərin inkişaf etməsi və çiçəklənməsində Azərbaycanın müstəsna rol oynayacağı qənaətində olduğunu qeyd etdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.


14.05.2010 | Müəllif: Fondun mətbuat xidməti

Geri 

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az