-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM

  İyul 
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Gündəm

İLYAS ƏFƏNDİYEV BEYNƏLXALQ MÜKAFATI BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB GEORGİ PIRVANOVA TƏQDİM EDİLDİ

İyul ayının 27-də İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyev Bolqarıstan Respublikasına işgüzar səfərə yollanmışdır. Bolqarıstan Respublikasının prezidenti cənab Georgi Pırvanovun dəvəti ilə gerçəklənən bu səfər çərçivəsində İlyas Əfəndiyev Beynəlxalq Mükafatının təqdimetmə mərasiminin keçirilməsi də nəzərdə tutulmuşdur. Beləliklə, 29 iyul 2009-cu il tarixdə Bolqarıstan Respublikasının prezidentinin iqamətgahında cənab Georgi Pırvanov İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Tədbirdə Bolqarıstan hökumətinin rəsmiləri, Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov, səfirliyin əməkdaşları və KİV nümayəndələri iştirak edirdi Mərasimi giriş sözü ilə açan İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyev göstərilən diqqət və qonaqpərvərliyə görə prezidentə öz minnətdarlığını bildirdirdi. O, qeyd etdi ki, Azərbaycan və Bolqarıstan arasında olan dostluq və müxtəlif sahələrdə olan əməkdaşlıq münasibətləri sürətlə inkişaf edir. Bunun əsasında cənab prezident İlham Əliyevin uzaqgörən və uğurlu xarici siyasəti və Bolqarıstan Respublikasının prezidenti cənab Georgi Pırvanovla olan dostluq münasibətləri dayanır. Nitqini davam edən T. Əfəndiyev bildirdi ki, bu gün Azərbaycanda sürətlə inkişaf edən və daim dövlət diqqətində olan vətəndaş cəmiyyəti institutları beynəlxalq müstəviyə çıxaraq, müxtəlif ölkələrin dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurur. Bu cür təşkilatlardan biri də İlyas Əfəndiyev Fondudur. Görkəmli dramaturq, Azərbaycanın xalq yazıçısı və ictimai xadim İlyas Əfəndiyev və onun adını daşıyan Fond haqqında geniş məruzə edən T. Əfəndiyev, Fondun Azərbaycan həqiqətlərinin dünyada təbliğində səmərəli fəaliyyət göstərdiyini və öz məqsədlərinə çatmaq üçün İlyas Əfəndiyev Beynəlxalq Mükafatının təsis etdiyini tədbir iştirak iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, Bolqarıstan Respublikasının prezidenti cənab Georgi Pırvanovun bolqar xalqının lideri və ölkə başçısı kimi əldə etdiyi uğurlar və nailiyyətlər, sülhün dəstəklənməsi və demokratik dəyərlərin aşılanması sahəsində apardığı iş, göstərdiyi fəaliyyət, Bolqarıstanın Avropa birliyinə qəbul olunmasında səyləri, bolqar xalqının rifahının yüksəldilməsində və uğurlu xarici siyasət dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən Fondun Mükafat Komissiyası “Sülhün və demokratiyanın tərəqqisində göstərdiyi xidmətlərə görə” nominasiyasında Bolqarıstan Respublikasının prezidenti cənab Georgi Pırvanovu İlyas Əfəndiyev Beynəlxalq Mükafatına layiq görmüşdür. Daha sonra Tural Əfəndiyev İlyas Əfəndiyev Beynəlxalq Mükafatını cənab Georgi Pırvanova təqdim etdi. Mükafatı sevinc hissi ilə qəbul edən cənab Georgi Pırvanov fəaliyyətinə məhz Azərbaycandan yüksək qiymət verilməsinə görə öz minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Avropa Birliyinin üzvü kimi Bolqarıstan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etməyi prioritet məsələlərdən biri hesab edir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşlərini xoş təəssüratlarla xatırladığını söyləyən G. Pırvanov, dost olduqlarını və bunun ölkələrimiz arasında mövcud olan əlaqələrimizin möhkəmlənməsinə xidmət etdiyini bildirdi. Bolqarıstan prezidenti İlyas Əfəndiyev Beynəlxalq Mükafatının Bolqarıstan və Azərbaycan arasında olan müxtəlif səviyyəli əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirərək, Azərbaycan və Bolqarıstan bir çox sahələrdə əməkdaşlıq etsə də, xalqlarımızın bir-birinə daha yaxın olması üçün hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin vacibliyini məxsusi vurğuladı. O, bolqar xalqının İlyas Əfəndiyev yaradıcılığına böyük marağı olduğunu, yazıçının əsərlərinin tanınmasının zəruriliyini bildirərək, bu sahədə mütəşəkkil iş aparmağı təklif etdi. Vurğuladı ki, Azərbaycan və Bolqarıstan arasında olan münasibətlər təkcə hökumətlərarası münasibətlər kimi deyil, həm də qeyri-hökumət təşkilatları səviyyəsində davam etdirilməlidir. Və İlyas Əfəndiyev Fondunun bu sahədə olan təcrübəsi nümunəvi sayıla bilər. Eləcə də vurğulandı ki, həm Bolqarıstan Respublikasının Azərbaycandakı, həm də Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliklərinin yuxarıda qeyd olunan Azərbaycan-Bolqarıstan münasibətlərinin daim inkişaf etməsində müstəsna rolları vardır. Sonda Bolqarıstan prezidenti bir daha ona göstərilən diqqətə görə öz təşəkkürünü bildirdi. Bununla da tədbir başa çatdı. Qeyd etmək istərdik ki, 2008-ci ilin nəticələrinə görə “Azərbaycan həqiqətlərini düzgün qiymətləndirən və təbliğ edən xarici vətəndaşın göstərdiyi xidmətlərə görə” nominasiyasında Türkiyə Cümhuriyyətinin baş naziri cənab Recep Tayyip Erdoğan İlyas Əfəndiyev Beynəlxalq Mükafatına layiq görülmüşdür. Mükafatın təqdimetmə mərasiminin keçirilməsi ilə bağlı iş aparılır.


31.07.2009 | Müəllif: İlyas Əfəndiyev Fondunun Mətbuat Xidməti

Geri 

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az