-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

İlyas Əfəndiyev Mükafatı
“İLYAS ƏFƏNDİYEV MÜKAFATI” ÖZ LAYİQLİ SAHİBLƏRİNİ TAPDI

İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun mükafat komissiyası AMEA-nın akademiki Bəkir Nəbiyevin sədrliyi ilə özünün növbəti iclasını keçirmiş və üç nominasiya üzrə «İlyas Əfəndiyev Mükafatı» nın sahiblərini müəyyən etmişdir.


KOMİSSİYANIN ÜZVLƏRİ:

Anar - Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Vaqif Səmədoğlu - Millət vəkili, xalq şairi
Fəttah Heydərov - Millət vəkili
Ədalət Vəliyev - Mədəniyyət və Turizm Nazirinin müavini
Fərhad Bədəlbəyli - Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, professor
Kamal Abdulla -Bakı Slavyan Universitetinin rektoru, professor, əməkdar elm xadimi
Fərhad Xəlilov - Rəssamlar İttifaqının sədri, xalq rəssamı
Azər Paşa Nemətov -Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor
Elçin Şıxlı -Jurnalistlər Birliyinin sədri, Azərbaycanın əməkdar jurnalisti



«Maarifin və mədəniyyətin tərəqqisində göstərdiyi böyük xidmətlərə görə» nominasiyası üzrə: Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva layiq görülmüşdür.






«Azərbaycan həqiqətlərini düzgün qiymətləndirən və təbliğ edən xarici vətəndaşın göstərdiyi xidmətlərə görə» nominasiyası üzrə: Litva Respublikasının Prezidenti cənab Valdas Adamkus layiq görülmüşdür.







«Azərbaycan mədəniyyətinin və incəsənətinin xaricdə təbliğinə görə» nominasiyası üzrə: Macarıstan Respublikası «Duna TV» Telekanalının Prezidenti cənab Laslo Çeleni layiq görülmüşdür.







Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsi ilə cəmiyyətimizin mədəni-mənəvi həyatında da çox mühüm dəyişikliklər baş vermişdir. Dövlət müstəqilliyinin bərpası ölkəmizdə siyasi və iqtisadi sabitliyin yaranması, beynəlxalq əlaqələrin genişlənməsi, Azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin yeni ruhda tərbiyəsi və.s istiqamətlərdə böyük imkanlar yaratmışdır. Bu istiqamətdə görülən işlər içərisində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edən ictimai-siyasi təşkilatların-siyasi partiyaların və qeyri hökümət təşkilatlarının yaranmasının əhəmiyyəti daha böyükdür. Belə təşkilatlardan biri də Azərbaycanın xalq yazıçısı, böyük daramaturq İlyas Əfəndiyevin adını daşıyan Ədəbi-Bədii Xeyriyyə fondudur.

İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondu 21 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış qeyri-siyasi, qeyri-dini istiqamətlərdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır.

Əsas məqsədi humanitar və digər sahələrdə xeyriyəçilik fəaliyyəti həyata keçirmək olan İlyas-Əfəndiyev Fondu öz sıralarında Azərbaycanın görkəmli elim, mədəniyyət və incəsənət xadimlərini, millət vəkillərini, KİV rəhbərlərini, tanınmış iş adamlarını birləşdirir.

Fond yarandığı və fəaliyyət göstərdiyi qısa müddətdə onlarla mühüm layihələr hazırlanmış, Respublika və Beynəlxalq miqyaslı tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Fondun nəzdində «Qarabağ» Nəşriyyat Poliqrafiya mərkəzi təsis edilib və fəaliyyət göstərir. «Qarabağ» nəşriyyatı tərəfindən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan ədəbiyyatında, mədəniyyətində və incəsənətində göstərdiyi xidmətlərinə həsr edilmiş 3 cildli kitab çapa hazırlanmışdır.

Fondda Beynəlxalq əlaqələr departamentinin fəaliyyətinin əsas istiqamətləri hazırlanmış, xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətləri, müxtəlif qurumları ilə əlaqələr qurulmuş, bir sıra Beynəlxalq qeyri-hökümət təşkilatları və digər Beynəlxalq təşkilatlar ilə əlaqələr yaradılmışdır.

Artıq Fondun nəzdində təhsil mərkəzi fəaliyyətə başlamış, Avropa və şərq xalqlarının dillərinin yerli və xarici mütəxəssislər tərəfindən güzəştli şərtlərlə öyrədilməsi işinə başlanılmışdır.

Nəhayət, İlyas Əfəndiyev adına Fondun «İlyas Əfəndiyev Mükafatı» təsis edilmişidir. Mükafatın müxtəlif nominasiyalar üzrə həm ölkə daxilində həm də xaricdə olan görkəmli şəxsiyyətlərə, dövlət və ictimai xadimlərə təqdim edilməsi nəzərdə tutulmuşdur.

İlyas Əfəndiyev adına Mükafatın verilməsində əsas göstərici Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, Azərbaycan həqiqətlərini ölkədə və respublikadan kənarda təbliğ etməyə, mədəniyyətin, incəsənətin, elm və təhsilin inkişaf etdirilməsinə, milli mənəvi dəyərlərimizin qorunmasına xidmət etmək kimi önəmli məsələlər əsas götürülür.

İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun nüfuzlu mükafat komissiyası yaradılmışdır.

Bu komissiya özünün növbəti iclasında 3 nominasiya üzrə nominantları elan etdi. Akademik Bəkir Nəbiyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın bütün üzvləri:

Anar - Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Vaqif Səmədoğlu - Millət vəkili, xalq şairi
Fəttah Heydərov - Millət vəkili
Ədalət Vəliyev - Mədəniyyət və Turizm Nazirinin müavini
Fərhad Bədəlbəyli - Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, professor
Kamal Abdulla -Bakı Slavyan Universitetinin rektoru, professor, əməkdar elm xadimi
Fərhad Xəlilov - Rəssamlar İttifaqının sədri, xalq rəssamı
Azər Paşa Nemətov -Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor
Elçin Şıxlı -Jurnalistlər Birliyinin sədri, Azərbaycanın əməkdar jurnalisti, Azərbaycanın əməkdar jurnalisti yekdilliklə komissiyanın qərarına səs verdilər.

Fondun mükafat komissiyasının qərarına əsasən «Maarifin və mədəniyyətin tərəqqisində göstərdiyi böyük xidmətlərə görə» nominasiyası üzrə «İlyas Əfəndiyev Mükafatı»-na Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev adına Fondun Prezidenti, Mehriban xanım Əliyeva layiq görüldü.

Nominant haqqında mükafat komissiyasının iclasında qeyd olundu ki, Mehriban xanım Əliyeva 1995-ci ildən ölkəmizin ictimai həyatında yaxından fəaliyyət göstərməyə başlamış, elə həmin il onun təşəbbüsü ilə «Azərbaycan mədəniyyətinin dostları» xeyriyyə fondu təsis olunmuşdur. 1996-cı ildə Mehriban xanım Azərbaycan mədəniyyətini ölkəmizdən kənarda geniş təbliğ etmək məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan «Azərbaycan-İrs» jurnalını təsis etmişdir. Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmasında «İrs» jurnalının xidmətlərinin ölçüyəgəlməz olduğu xüsusi vurğulandı.

Ölkəmizin təhsil sistemində aparılan islahatlarda, «Yeniləşən Azərbaycana yeni məktəb» proqram layihəsinin gerçəkləşməsində, zəngin tariximizin, mədəniyyətimizin inkişafında qorunmasında və təbliğində, kimsəsiz uşaqlar və internat məktəblərinin yenidən qurulması işində, idmanın inkişafında, gənc nəslin tərbiyəsində Mehriban xanımın xidmətlərinin çox böyük olduğu xüsusi qeyd olundu.

Bundan sonra Fondun mükafat komisiyası «Azərbaycan həqiqətlərini düzgün qiymətləndirən və təbliğ edən xarici vətəndaşın göstərdiyi xidmətlərə görə» nominasiyası üzrə namizəd, Litva Respublikasının Prezilenti zati-aliləri cənab Valdas Adamkusun namizədliyini müzakirə etdi. Namizəd ətrafinda çıxış edən natiqlər Valdas Adamkusun Litva Respublikasının Prezidenti seçilənə qədər keçdiyi həyat yolundan, suveren Litva uğrunda apardığı mübarizədən, Prezidentlik fəaliyyəti dövründə öz ölkəsinin sürətli modernləşməsində, iqtisadi potensialının artmasında xidmətlərindən, bilik cəmiyyəti xətti üzrə YUNESKO-da apardığı işlərdən, aldığı dövlət və Beynəlxalq mükafatlardan söhbət açdılar. Yuxarıda deyilənlərlə yanaşı Fondun mükafat komissiyasının iclasında Valdas Adamkusun Azərbaycan-Litva əlaqələrinin möhkəmlənməsində, sahibkarlıq, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıqda böyük xidmətləri olduğu qeyd olundu. Onun Respublikamızda rəsmi qonaq olduğu vaxt ölkəmizin uğurları, Azərbaycan mədəniyyət xadimlərinin, o cümlədən Azərbaycanın görkəmli yazıçı-dramuturqu İlyas Əfəndiyevin Litva Respublikasının mədəniyyətinə göstərdiyi xidmətləri qiymətləndirməsi xüsusi vurğu ilə qeyd olundu. Bundan sonra mükafat komissiyasının üzvləri tərəfindən sözügedən nominasiya üzrə İlyas Əfəndiyev mükafatının Litva Respublikasının Prezidenti Valdas Adamkusa verilməsi yekdilliklə bəyənildi.

Nəhayət sonda Fondun mükafat komissiyası «Azərbaycan mədəniyyətinin və incəsənətinin xaricdə təbliğinə görə» nominasiyası üzrə namizəd, Macarıstan Respublikası «Duna Tv» Telekanalının Prezidenti cənab Laslo Çeleninin namizədliyini müzakirə etdi.

Qeyd olundu ki, Azərbaycan və Macarıstan arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi yolunda «Duna TV» Telekanalının xidmətləri çox böyükdür. Bu telekanal tərəfindən Azərbaycandan kənarda milli-mədəni dəyərlərimzin təbliği çox önəmli hadisədir. Bu xalqlarımız arasında dostluq və mədəni əlaqələrin inkişafına xidmət göstərən amildir.

Komissiya üzvləri tərəfindən 26 may 2006-cı ildə «Duna TV» telekanalında efirə gedən «Duna TV-də» Azərbaycan günü proqramında Macarıstan ictimaiyyətinə Azərbaycanın tarixindən, mədəniyyətindən və incəsənətindən söhbət açılması telekanalın rəhbəri, Azərbaycan xalqının dostu Laslo Çeleninin xidməti kimi qiymətləndirildi. Bundan sonra natiqlər Laslo Çeleninin həyat yolu, tərcümeyi-halı, «Duna TV»-nin Avropa teleməkanında rolu və.s məsələlər barədə də söhbət açdılar. Nəhayət, «Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixinin xaricdə təbliğinə görə» nominasiyası üzrə «İlyas Əfəndiyev Mükafatı»-nın Macarıstanın «Duna TV» telekanalının Prezidenti cənab Laslo Çeleniyə verilməsinə yekdilliklə səs verildi.

Beləliklə, İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun «İlyas Əfəndiyev Mükafatı» öz layiqli sahiblərini tapdı.



Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az