-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Tədbirlər

UŞAQLAR GƏLƏCƏYİMİZDİR

UŞAQLAR GƏLƏCƏYİMİZDİR

İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondu fəaliyyətə başladığı gündən xeyriyyəçilik missiyasını həyata keçirmək məqsədi ilə Respublikada fəaliyyət göstərən internat məktəbləri, uşaq və körpələr evləri ilə maraqlanmış, oradakı vəziyyətlə yaxından tanış olmuşdur. Artıq bu problem ilə əlaqədar Fondumuza bir sıra məktublar ünvanlanmış, müraciətlər edilmişdir. Belə müraciətlərin birinin sorağı ilə Fondumuzun əməkdaşları Azərbaycan xalqının sevimli bayramı «Novruz» günlərində Lökbatanda yerləşən 39 saylı kardiorevmatoloji uşaq evində olmuşdur. Lakin qeyd etmək istərdik ki, uşaq evində olan mövcud vəziyyət heç də ürək açan deyildi. Uşaq evinin yerləşdiyi binanın əsaslı təmirə böyük ehtiyacı vardır.

Lakin uşaq evinin baş həkimi Təranə İsmayılova isə hələ də ümüdlərini üzməyib, yaxın vaxtlarda burada təmir işləri aparılacağına və yaşayış üçün normal şərait yaradılacağına inanır.

Burada məskunlaşan gələcəyimiz olan 50 nəfər uşağın dövlət qayğısı ilə yanaşı, bizim hər birimizin diqqətinə böyük ehtiyacı vardır. Nəzərə almaq lazımdır ki, bu uşaqlar həm də valideyn himayəsindən məhrumdurlar. Onların həmişə xoş sözə, gülər üzə mənəvi ehtiyacı vardır. Bunu bizim qarşımıza çıxan Fəridənin, Xanımın, Nazimin, Vüsalın və başqa uşaqların gözlərindən oxumaq olurdu.

Uşaq evində olarkən hiss etdik ki, uşaqlar gələcəyə böyük inam ruhunda tərbiyə olunur. Bununla yanaşı onların mədəni-kütləvi tədbirlərə də böyük ehtiyacının olduğu hiss olunurdu. Bayram günlərində, hətta adi günlərdə belə bu uşaqlar qarşısında mədəni-kütləvi tədbirlərin keçirilməsi onlarda mədəniyyətimizə, incəsənətimizə olan marağı və sevgisini daha da artırar. Əsas missiyası ədəbi-bədi xeyriyyə işi olan Fondumuz bu vəzifəni öz öhdəsinə götürə bilər.

Artıq İlyas Əfəndiev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun himayəçilik şurasında 39 saylı kardiorevmatoloji uşaq evinin bir sıra problemlərinin həll edilməsi üçün maddi və mənəvi dəstək verilməsi qərara alınmışdır.

Hal-hazırda Azərbaycanda xüsusilə, Bakı şəhərində yüzlərlə şirkət, müəssisə, qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Biz belə hesab edirik ki, məhz onların diqqətini belə bir vacib sahəyə yönəltməyin vaxtı çatmışdır. Bu hər şeydən əvvəl hamının vətəndaşlıq borcudur.

Sonda Fondumuzun əməkdaşları uşaq evində məskunlaşan uşaqları öz bayram sovqatı ilə sevindirmiş, valideyn himayəsindən məhrum olan körpələrdə bayram əhval-ruhiyyəsi yaratmağa çalışmışdır.

İlyas Əfəndiyev Fondu gələcəkdə də bu istiqamətdə işləri davam etdirməyi xüsusilə, Lökbatandakı 39 saylı kardiorevmatoloji uşaq evi ilə əlaqələri daha da artırmağı planlaşdırır.


İmkanlı şəxsləri valideyn himayəsindən mehrum olan uşaqlara yardıma səsləyirik >>


19.03.2006 | 

Geri 

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az