-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Tədbirlər

“HİNA MATSURİ” YAPON GƏLİNCİKLƏR BAYRAMI



Hina Matsuriİlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun Beynəlxalq təşkilatlarla, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə mədəni əlaqələri günü-gündən daha da genişlənməkdədir. Azərbaycan mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tarixini, bugünkü Azərbaycan gerçəkliklərini təbliğ etmək, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmək, dünya ictimaiyyətinin gözündə xalqımızın imicini artırmaq Fondun əsas fəaliyyət prinsiplərindən biridir.
Artıq Fondun nəzdində xarici ölkə vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, diaspora təşkilatları, qeyri-hökumət təşkilatları ilə əlaqə yaradan Beynəlxalq əlaqələr departamenti fəaliyyət göstərir. Departament tərəfindən bir sıra səfirliklər, o cümlədən ölkəmizdəki Yaponiya səfirliyi ilə birgə fəaliyyət proqramı işlənilib hazırlanmışdır. Belə proqram layihələrindən biri Fondun nəzdində yaradılmış “TOMODAÇİ” Yapon Mədəniyyəti Mərkəzi tərəfindən həyata keçirilir. “TOMODAÇİ” yapon dilində “dostlar” deməkdir. Adından göründüyü kimi mərkəzin əsas mərkəzi xalqlarımız arasında dostluq əlaqələri yaratmaq, ölkələrimiz arasında mədəni əməkdaşlığı genişləndirmək, Yaponiyaya olan marağı artırmaq və əksinə yaponların Azərbaycana olan marağına müsbət cavab verməyi təmin etməkdir.

Mərkəzinin təşkil olunmasının digər səbəbi qeyri-hökumət təşkilatı səviyyəsində yapon resurs mərkəzinin yaradılması üçün ana dilimizdə yapon ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında məlumat əldə etmək imkanı yaratmaqdan ibarətdir.

Yaponlar hər il mart ayının 3-də özlərinin “Hina Matsuri” Gəlinciklər bayramını qeyd edirlər. Bayrama marağın böyük olduğunu nəzərə alaraq elə həmin gün Fondun “TOMODAÇİ” Yapon Mədəniyyəti mərkəzi “Hina Matsuri” Yapon Milli Gəlinciklər bayramına həsr olunmuş Bədii Sərgi təşkil etmişdir.

Respublikamızın görkəmli incəsənət xadimləri, ölkəmizdəki Yaponiya səfirliyinin nümayəndələri, BDU-nun, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, sərgiyə həvəslə baxmışlar.

“TOMODAÇİ” Yapon Mədəniyyəti Mərkəzinin direktoru Əbülfəz Babazadə Gəlinciklər Bayramı haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, bu bayramın keçirilməsi hələ Yaponiya intibahı – Heyan dövründə (794-1185) başlamış, lakin milli bayram kimi XVIII əsrdən qeyd edilir. Heyan dövründə bayram günlərində adlı-sanlı ailələr sehrbazları evlərinə dəvət edirdilər ki, insanların müxtəlif xəstəliklərini və s. kağız gəlinciklərə ötürülməsi üçün xüsusi ayinlər icra etsinlər. Sonra isə bu gəlincikləri yaxınlıqdakı çaya atırdılar. Bununla xəstəliyin, bədbəxt hadisələrin evdən uzaqlaşdırılmasına inanırdılar. Maraqlıdır ki, belə ayinlərin gildən hazırlanmış kiçik qadın heykəlləri üzərində icra edilməsi faktları qədimdə Azərbaycanda da olmuşdur. O da maraqlıdır ki, bu gün yaponlar da öz gəlinciklərini gildən hazırlayır və onlara bahalı paltarlar geyindirərək bayramdan bir neçə gün sonra da xüsusi ayrılmış otaqlarda “Hinadana” adlanan rəflərdə düzür və nümayiş etdirirlər.

“Hina Matsuri” Yapon Milli Gəlinciklər bayramına həsr olunmuş Bədii sərgiyə baxış başlanmazdan əvvəl Azərbaycanın xalq artisti Həmidə Ömərova, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Əmin Əfəndiyev çıxış edərək belə tədbirlərin əhəmiyyətindən yapon kino sənətindən, ədəbiyyatından söhbət açdılar. Yaponiya səfirinin II katibi Kenci Aşida bu tədbiri təşkil etdiklərinə görə İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun prezidenti Tural Əfəndiyevə, mərkəzin direktoru Əbülfəz Babazadəyə, bu tədbirin baş tutmasına yardımçı olan bütün insanlara öz minnətdarlığını bildirirdi və belə tədbirlərin xalqlarımız arasında mədəni-dostluq əlaqələrinin artmasında böyük rolu olduğunu xüsusi qeyd etdi.

Sərgiyə gələnlər həzin yapon musiqisinin sədaları altında sərgidə nümayiş etdirilən gəlincikləri və tələbələrin əl işlərini məmnunluq hissi ilə seyr etdilər.

İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondu gələcəkdə də belə tədbirləri həyata keçirməyi planlaşdırır.




03.03.2007 | 

Geri 

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az