-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Tədbirlər
[ 10.04.2007 ] DAHİ YAPON REJİSSORU AKİRA KUROSAVANIN HƏYAT VƏ YARADICILIĞINA HƏSR OLUNMUŞ BƏDİİ GECƏ

“TOMODAÇİ” Yapon Mədəniyyəti Mərkəzinin əsas məqsədi Yaponiyanı, onun mədəniyyətini, incəsənətini, ictimai, elm, sənət adamlarını Azərbaycana tanıtmaq və əksinə Azərbaycan mədəniyyətini, incəsənətini və tarixini Yaponiyaya olduğu kimi çatdırmaqdır. 7 aprel 2007-ci il tarixdə İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun “TOMODAÇİ” Yapon Mədəniyyəti Mərkəzi Müasir İncəsənət Mərkəzində böyük şəxsiyyət, dünyaşöhrətli yapon rejissoru, prodüser və ssenaristi Akira Kurosavanın həyat və daha çox onun yaradıcılığına həsr olunmuş bədii gecə təşkil etmişdir.

ətraflı


[ 03.03.2007 ] “HİNA MATSURİ” YAPON GƏLİNCİKLƏR BAYRAMI

lyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun Beynəlxalq təşkilatlarla, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə mədəni əlaqələri günü-gündən daha da genişlənməkdədir. Azərbaycan mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tarixini, bugünkü Azərbaycan gerçəkliklərini təbliğ etmək, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmək, dünya ictimaiyyətinin gözündə xalqımızın imicini artırmaq Fondun əsas fəaliyyət prinsiplərindən biridir. Artıq Fondun nəzdində xarici ölkə vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, diaspora təşkilatları, qeyri-hökumət təşkilatları ilə əlaqə yaradan Beynəlxalq əlaqələr departamenti fəaliyyət göstərir.

ətraflı


[ 03.10.2006 ] Görkəmli yazıçı İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş elmi konfrans

Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının iclas salonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş elmi konfrans keçirilmişdir. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və İ.Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun keçirdiyi konfransı institutun direktoru, akademik Bəkir Nəbiyev giriş sözü ilə açmışdır.

ətraflı


[ 19.03.2006 ] UŞAQLAR GƏLƏCƏYİMİZDİR

İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondu fəaliyyətə başladığı gündən xeyriyyəçilik missiyasını həyata keçirmək məqsədi ilə Respublikada fəaliyyət göstərən internat məktəbləri, uşaq və körpələr evləri ilə maraqlanmış, oradakı vəziyyətlə yaxından tanış olmuşdur. Artıq bu problem ilə əlaqədar Fondumuza bir sıra məktublar ünvanlanmış, müraciətlər edilmişdir. Belə müraciətlərin birinin sorağı ilə Fondumuzun əməkdaşları Azərbaycan xalqının sevimli bayramı «Novruz» günlərində Lökbatanda yerləşən 39 saylı kardiorevmatoloji uşaq evində olmuşdur.

ətraflı



Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az