-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

HƏYATI

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı, «Şöhrət» ordeninə layiq görülmüş ilk sənətkar, görkəmli nasir və istedadlı dramaturq İlyas Əfəndiyev (1914 – 1996) şərəfli ömrünün 60 ilini yazıb yaratmaqla məşğul olmuşdur. 30-cu illərin axırlarında ədəbiyyata gələn yazıçı söz sənətinin demək olar ki, bütün janrlarında qələmini sınamış, məqalə, oçerk, hekayə, povest, roman, ssenari, pyes yazaraq XX əsr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri kimi şöhrət qazanmışdır.

Uşaqliq və gənclik illəri

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində /indiki Füzuli şəhəri/ tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.»»»






30-cu illərin ictimai - siyasi həyati və yaziçi taleyi

İ.Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur. Lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk etmirdi. O. Qaryagin rayonunun Böyük Bəhmənli kəndində müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə tə‘yin olunur. Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Bakıya - Azərbaycan Dövlət Pedaqoji institutuna göndərilir. 1934 -cü ildə APİ-nin ədəbiyyat şö‘bəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürmür; elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. »»»





Bakı ədəbi mühitində

İ.Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun yaradıcılığında mühüm rol oynamış Bakı ədəbi mühitinə qovuşur. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı İ.Əfəndiyev o vaxtlar Yazıçılar İttifaqında partkom işləyən görkəmli yazıçı Əli Vəliyevlə tanış olur və onun köməyilə «Yeni yol» qəzetində mədəniyyət və ədəbiyyat şö‘bəsində ədəbi işçi vəzifəsinə işə düzəlir.
Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edir, «Əski Şərq» mehmanxanasında bir otaq alır, yazıçı orada üç il yaşayır. »»»


Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az