-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Gündəm
[ 30.01.2010 ] FOND DÜNYA XALQLARININ MƏDƏNİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİNDƏ MARAQLIDIR

Fondun Beynəlxalq Əlaqələr və Layihələrin İcrası şöbəsinin müdiri kulturoloq-yaponşünas Əbülfəz Babazadə bu dəfə "İtaliya mədəniyyəti dünya sivilizasiya kontekstində" mövzusunda keçirilən respublika kulturoloji seminarında iştirak etmişdir. Tədbirdə İtaliyanın ölkəmizdəki səfirliyinnin nümayəndələrindən savayı, Macarıstan səfirliyinin nümayəmndəsi, kütləvi informasiya vasitələri və elmi ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Fondun rəsmisi "İtaliya mədəniyyətinin Etrusk komponenti" mövzusunda məruzə edərək Azərbaycan elmində yeni tədqiqat obyekti barədə danışmışdır. Qədim türklərin qohumları olan etruskların italyan mədəniyyətinin formalaşmasına təsiri, əvəzsiz rolu haqqında danəşan və Azərbaycan mədəniyyəti ilə müqayisə edən natiq, iştirakçıların böyük marağına səbəb olan məruzənin daha geniş şəkildə Azərbaycan ictimaiyyətinə çatdırılması barədə təklif almışdır.

»»»


[ 07.01.2010 ] SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ DANİLO TÜRK İLYAS ƏFƏNDİYEV BEYNƏLXALQ MÜKAFATININA LAYİQ GÖRÜLDÜ

Sloveniya Respublikasının prezidenti cənab Danilo Türk 2009-cu ilin nəticələrinə əsasən "Sülhün və demokratiyanın inkişafında göstərdiyi xidmətlərə görə" nominasiyasında İlyas Əfəndiyev Beynəlxalq Mükafatına layiq görüldü.

»»»


[ 19.12.2009 ] BEYNƏLXALQ ƏMƏKDAŞLIĞA ELMİ YANAŞMA

Fondun Beynəlxalq Əlaqələr və Layihələrin İcrası şöbəsinin müdiri kulturoloq-yaponşünas Əbülfəz Babazadə "Yapon mədəniyyəti dünya sivilizasiya kontekstində" mövzusunda keçirilən respublika kulturoloji seminarında iştirak etmişdir. Elmi ictimaiyyətin, kütləvi informasiya vasitələrinin, Yaponiyanın Azərbaycandakı səfirliyin yüksək vəzifəli şəxslərinin, tədqiqatçı və yapon mədəniyyət sevərlərinin iştirakı ilə keçirilən seminarda Fondun rəsmisi "Yapon mədəniyyətinin formalaşmsasında türk faktoru" mövzusu ilə çıxış edərək, Azərbaycan elminə hələki məlum olmayan faktlardan danışmışdır.

»»»


[ 18.10.2009 ] BEYNƏLXALQ TƏCRÜBƏNİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİ İLƏ FONDUN İCRAÇI DİREKTORU Ş. ƏZİMOV BOLQARISTAN RESPUBLİKASINA SƏFƏR ETDİ

İlyas Əfəndiyev Fondu ölkədə geniş vüsət alan qeyri-hökumət təşkilatlarının fəaliyyəti, ictimai sektorun inkişafına yönəlmiş təşəbbüslərə dəstək verərək bu sahədə olan beynəlxalq təcrübənin öyrənilməsinə səylərini xeyli artırmışdır. bu səbəbdən Fondun icraçı direktoru Şahid Əzimov Bolqarıstan Respublikasına səfər etmişdir.

»»»


[ 19.09.2009 ] FOND RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ XEYRİYYƏ AKSİYASI KEÇİRDİ

İlyas Əfəndiyev Fondu Müqəddəs Ramazan bayramı münasibətilə Lökbatan qəsəbəsində yerləşən 39 saylı Kardio-Revmatoloji Uşaq Sanatoriyasında müalicə və tərbiyə olunan uşaqları ziyarət etmişdir. Bayram sovqatı ilə uşaqları sevindirən Fondun əməkdaşları onların qayğıları ilə yaxından tanış olmuş, onlara daima layiqli diqqət göstəriləcəyini diqqətlərinə çatdırmışdır. Qeyd etmək lazımdır ki, Fond adı çəkilən müəssisədə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.

»»»


[ 26.08.2009 ] FONDLA LİTVANIN "MEDIAPRO" ŞİRKƏTİ BİRGƏ LAYİHƏ HAZIRLAYIR

Fond mədəniyyət sahəsində beynəlxalq əlaqələri və əməkdaşılığı genişləndirmək məqsədilə Litvanın "MediaPRO" şirkəti ilə birgə layihə hazırlayır. Buna görə Fondun icraçı direktoru Ş. Əzimov Litvaya 2 həftəlik səfər etmişdir. Səfər çərçivəsində layihənin həyata keçirilməsi mexanizmləri, layihənin büdcəsi və digər məsələlər müzakirə olunmuşdur. Layihənin əsas məqsədi Azərbaycan mədəniyyət nümunələrinin Litvada və Litva mədədniyyət nümunələrinin Azərbaycanda tanınmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsidir.

»»»


[ 31.07.2009 ] İLYAS ƏFƏNDİYEV BEYNƏLXALQ MÜKAFATI BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB GEORGİ PIRVANOVA TƏQDİM EDİLDİ

İyul ayının 27-də İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyev Bolqarıstan Respublikasına işgüzar səfərə yollanmışdır. Bolqarıstan Respublikasının prezidenti cənab Georgi Pırvanovun dəvəti ilə gerçəklənən bu səfər çərçivəsində İlyas Əfəndiyev Beynəlxalq Mükafatının təqdimetmə mərasiminin keçirilməsi də nəzərdə tutulmuşdur. Beləliklə, 29 iyul 2009-cu il tarixdə Bolqarıstan Respublikasının prezidentinin iqamətgahında cənab Georgi Pırvanov İlyas Əfəndiyev Fondunun prezidenti Tural Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Tədbirdə Bolqarıstan hökumətinin rəsmiləri, Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov, səfirliyin əməkdaşları və KİV nümayəndələri iştirak edirdi

»»»


/ Bütün xəbərlər /


Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az